İsveçrədə yerləşən FAB Design tüninq atelyesi McLaren 650S Coupe modelinin bazasında yaradılmış VAYU GTR Coupe avtomobilini 1 mart tarixində işinə başlasyacaq 86-cı beynəlxalq Cenevrə avtomobil sərgisində nümayiş etdirəcəyini bəyan etmişdir. İsveçrəlilərin avtomobilin təkmilləşdirmə proqramına xüsusi hazırlanmış aerodinamik kuzov dəsti, yeni rəng çalarları və kupenin mühərrikinin təkmilləşdirilməsi daxildir. Aqressiv parçalar dəsti, kuzovun qara tutqun və qırmızı rənglərinin tandemi sportkara hər kəsi «vahiməyə salan» görünüş bəxş etmişdir.
FAB Design atelyesinin işləyib-hazırladığı aerodinamik kuzov dəstinə aqressiv dizaynlı ön və arxa bamper, «əzələli» yan kandarlar, superkarın daminda quraşdırılmış hava alıcısı, aqressiv arxa diffuzor və arxa tərəfdə quraşdırılmış sabit antiqanad daxildir. Bütün bu elementlər əlbəttə ki, karbon liflərindən hazırlanmışdır.
VAYU GTR Coupe Dunlop Sport Maxx təkərləri (275/35 ZR20 öndə və 325/30 ZR20 arxada) geyindirilmiş 20-düymlük yüngül lehimli təkər diskləri ilə təchiz edilir. İsveçrəli mütəxəssislərin müdaxiləsi nəticəsində avtomobilin 3,8-litrlik V8 biturbo mühərrikinin gücü 650-dən 682 at qüvvəsinə qədər artırılmışdır.
Bununla bərabər, sportkar iri səsböğucu boruları olan işlənmiş qazların buraxılması sistemi ilə təchiz edilmişdir.
FAB Design atelyesinin nümayəndələrinin bildirdiyinə görə, sportkarın salonunda yeni dəri oturacaqlar və yüngül xəlitələrdən hazırlanmış pedallar quraşdırıla bilər.
İsveçrəlilərin söylədiklərindən belə məlum olur ki, yeni proqram 650S Spider və istehsalı başa çatmış McLaren MP4-12C üçün də nəzərdə tutulmuşdur.