Bu gün mətbuat nümayəndələri üçün qapılarını açmış 86-cı beynəlxalq Cenevrə avtomobil salonunda Fiat şirkəti, Tipo modelinin hetçbek və universal kuzovlu variantlarını təqdim etmişdir. Tipo Hatchback və Tipo Estate modelləri dərc edilmiş fotoşəkillərdən göründüyü kimi, avtomobillərin ön hissəsinin dizaynı keçən ilin payızında təqdim edilmiş Fiat Tipo sedanı ilə bənzərlik daşıyır. Bununla belə, hetçbek və universal arxa hissənin özünəməxsus dizaynı ilə seçilir. Şəkillərdən də göründüyü kimi, avtomobillərin arxa hissəsinin dizaynı eyni üslunba hazırlanmış və işıq diodlarından hazırlanmış bumeranq şəkilli qabarit işıqları olan fənərlər ilə təchiz edilir.

İlkin məlumatlara görə, Fiat Tipo Estate modelinin baqaj bölümünün həcmi 550 litr olmalıdır. Yeni universalın və hetçbekin Tipo sedanı ilə mühərrik qammasını bölüşəcəyi şübhə doğurmur. Bildiyimiz kimi, Fiat Tipo 95 və 110 at qüvvəli 1,4 və 1,6-litrlik benzin mühərriki ilə, həmçinin, gücü 95 - 120 at qüvvəsi arasında dəyişən 1,3 və 1,6-litrlik MultiJet II turbodizelləri ilə təchiz edilir. Güc aqreqatları həm mexaniki, həm də avtomatik sürətlər qutusu ilə birgə çalışırlar.

Fiat Tipo Estate və Hatchback modellərindən başqa, italyan şirkəti 124 Spider modelini və onun Abarth tərəfindən hazırlanmış «qaynar» variantını, Fullback pikapını və 500 Sport modelini təqdim edəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt