Honda şirkəti bu gün mətbuat nümayədələri üçün qapılarını açmış Cenevrə avtomobil salonunda hetçbek kuzovlu Civic modelinin yeni nəslini n prototipini təqdim etmişdir. Beşqapılı avtomobilin seriya variantının Avropada satışa çıxarılması 2017-ci ilin əvvəlinə planlaşdırılır. Civic modelinin istehsalı Honda şirkətinin Britaniyanın Suindon şəhərindəki zavodunda təşkil ediləcəkdir. Bu zavodun yenidən qurulmasına yapon istehsalçısı 270 milyon avro xərcləmək niyyətindədir. Hər il konveyerdən 120 min avtomobilin buraxılması planlaşdırılır.

Prototipin kuzovunun qabarit uzunluğu 4430 millimetr, eni - 1800 millimetr , hündürlüyü isə 1420 millimetr təşkil edir. Beləliklə, yeni hetçbek Civic modelinin doqquzuncu nəslindən 130 millimetr uzun, 30 millimetr enli və 20 millimetr alçaqdır.

Honda protoripin interyerinin şəkillərini dərc etməsə də, avtomobilin salonunun sedan və kupe modellərinin üslubunda olacağı məlumdur. Hetçbek multimedia sisteminin iri sensorlu mərkəzi displeyi və rəqəmsal cihazlar paneli ilə təchiz ediləcəkdir.  

Avropa bazarı üçün nəzərdə Civic modelinin mühərrik çeşidinə 120 at qüvvəli 1,6-litrlik «turbodizel», 175 at qüvvəsi gücü olan 1,5-litrlik turbomühərrik və 128 at qüvvəli 1,0-litrik üç silindirlli  turbomühərrik ilə təklif ediləcəkdir. Hər iki benzin mühərriki variatorla birləşdiriləcəkdir. 1,6-litrlik mühərrik həmçinin, altı pilləli mexaniki sürətlər qutusu ilə də sifariş etmək mümkün olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt