Fransanın Lazareth firması Cenevrə avtomobil sərgisində LM847 adlı dörd təkərli motosiklet nümayiş etdirmişdir. Bu motosiklet Maserati şirkətinin istehsalı olan 4,7-litrlik V8 mühərriki ilə hərəkətə gəlir. Bu qəbildən olan layihələrin hazırlanması fransız firmalı üçün ilk deyildir - Lazareth firması güclü avtomobil mühərriklərini istifadə edərək bir sıra motosikletləri əvvəllər də istehsal etmişdir. Buna misal olaraq, səkkiz silindirli Ferrari mühərriki ilə təchiz edilmiş Wasuma V8F kvadrosiklini, Jaguar'dan alınmış V8 mühərriki olan Wasuma GT və BMW şirkətinin V12 mühərriki ilə hərəkətə gələn Wasuma V12 modelini misal çəkmək olar.

LM847 motosikletini faktiki olaraq kvadrosikl adlandırmaq olar. Səbəb motosikletin öndə və arxada quraşdırlmış qoşa təkərləridir. Michelin Power Cup Pro şinləri ilə təchiz edilmiş Lazareth LM847 motosikletinin üzünlüğu 2600 millimetr, eni -  900 millimetr, hündürlüyü isə 1000 millimetrdir. Motosikletin təkərlərarası bazası 1850 millimetr təşkil edir. 

Apatarın çəkisi 400 kiloqramdır. LM847 motosikletinin səkkiz silindirli mühərrikinin gücü 470 at qüvvəsi təşkil edir. Güc aqreqatın yeganə pilləsi olan sürətlər qutusu ilə birgə çalışır.  Mühərrikin fırlanma anı arxa təkərlərə iki zəncir vasitəsi ilə ötürülür.

Motosiklet güclü əyləc mexanizmləri ilə təchiz edilmişdir ki, öndə Nissin firmasının səkkizsilindirli və 420 millimetrlik diskləri olan əyləc mexanizmləri, arxada isə Brebmo istehsalı olan dördsilindirli və 255 millimetril diskləri olan əyləc mexanizmləri quraşdırılmışdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt