Əgər qızıl ilə bəzədilmiş Rolls-Royce sizin üçün dəbdəbə və eksklyuzivliyin təzhürüdürsə, o zaman Mansory atelyesi tərəfindən hazırlanmış Rolls-Royce Wraith Palm 999 Edition tam sizə görədir. Alman atelyesinin nümayəndələrinin bildirdiyinə görə, bu avtomobili yaratmaqda onların başlıca məqsədi dəbdəbə anlayışının sərhədlərini müəyyən etmək olmuşdur. Onlar, bu sahədə ad-san qazanmış dəbdəbəli avtomobillər istehsalçısı olan Rolls-Royce şirkətini də geridə qoymaq niyyətindədirlər.

Bu işdə almanların əsas silahı qızıl olmuşdur. Onlar Rolls-Royce Wraith Palm 999 Edition modelinin tərtibatı üçün, iddia etdikləri kimi, 999 ayarlı təmiz qızıldan istifadə etmişlər. Alman mütəxəssisləri tələb olduğu halda avtomobilin bütün metal hissələrini - qapı dəstəklərini, kandar lövhələrini, radiator barmaqlığı və digər arzuladığınız elementləri qızılla bəzəməyə hazırdılar. Avtomobilin eksteryerinin tərtibatı xüsusi qızılı aksentlərlə və müxtəlif rəng seşimləri ilə məhdudlaşmır. Mansory mütəxəssisləri Rolls-Royce Wraith modeli üçün xüsusi kuzov parçaları da hazırlamışdırlar.

Alman atelyesi avtomobilin interyerinin tərtibatında da bolluca qızıldan istifadə etməyə hazırdılar və onların fikrincə bu sahədə onlar artıq britabiyalıları arxada qoymağı bacarmışdılar.

Mansory mühəndisləri dəbdəbə rəmzi olan kupenin mühərrikini də təkmilləşdirmişlər. Görülən işlərin nəticəsində 6,6-litrlik V12 mühərrikinin gücü 632 at qüvvəsi və 800 Nm fırlanma anından 740 at qüvvəsinə və 1000 Nm qədər yüksəldilmişdir. Nəticədə kupe 100 km/saat həddinə 4,4 saniyəyə çatır və onun maksimal sürəti 300 km/saat təşkil edir.   

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt