Maserati şirkəti Cenevrə avtomobil salonunda Levante modelinin kütləvi təqdimat mərasimini keçirmişdir. Levante modelinin rəsmi təsvirlətini dərc etmişdir. İtalyan markasının ilk krossoveri olan Levante, Ghibli və Quattroporte modellərində istifadə edilən platformada yığılmışdır. Maserati avtomobili öndə ikiqat köndələn qollu, arxada isə çoxqollu asqı ilə təchiz etmişdir. Yeni avtomobil elektronika ilə idarə edilən amortozatorları olan pnevmatik asqı ilə də təchiz edəcəkdir. Bu asqı klirensi beş quraşdırılmış rejimdə dəyişə bilir. İsveçrədə avtomobilin baza qiyməti 75900 frank (120900 manat) təşkil edir.
Maserati şirkəti Levante modelinin «Avro-6» standartlarına cavab verən benzin və dizel mühərrikləri ilə təchiz ediləcəyini bildirmişdir. İstehsalçının təqdim etdiyi məlumata görə, avtomobil 350 və 430 at qüvvəsi gücü olan 3,0-litrlik V6 benzin mühərriklərii ilə təchiz ediləcəkdir. 350 at qüvvəli avtomobil 100 km/saat həddini toplamağa 6,3 saniyə, 430 at qüvvəli variant isə 5,2 saniyə sərf edəcəkdir. Top-variantın maksimal sürəti 264 km/saat təşkil edəcəkdir.
Bundan əlavə, 275 at qüvvəli dizel mühərriki ilə təchiz edilən krossoverin də təklif ediləcəyi məlumdur. Bu mühərrik 100 km/saat sürətini 6,9 saniyəyə toplayacaq və 230 km/saat maksimal sürətə malik olacaqdır. Bütün mühərriklər 8-pilləli avtomatik sürətlər qutusu ilə birgə çalışacaqdır. Bundan əlavə krossover intellektual tam çəkiş sistemi və özüqapanan differensial ilə təchiz edilir. Maserati Levante modelinin Avropadakı satışlarına bu ilin yazından start veriləcəkdir.
Maserati şirkətinin iddiasına görə, avtomobil krossoverlər arasında ən aşağı ağırliq mərkəzinə malikdir və onun çəkisi oxlar arasında bərabər bölünür. Levante modelinin təchizatına 8,4-düymlük sensor displeyi olan multimedia sistemi, adaptiv kruis-kontrol, kor zonalara nəzarət isitemi, öndən toqquşmaların qarşısını alan sistem, qəfil əylənmə və zolaqlara nəzarət sistemi daxildir.
Avtomobilin interyerinin tərtibatında məşhur italyan geyim və ayaqqabı markası olan Ermenegildo Zegna tərəfindən təqdim edilmiş ipək və dəridən istifadə edilə bilər.