Mercedes-Benz şirkəti Cenevrə avtosalonunun rəsmi olaraq işə başlamasına bir gün qalmış, xüsusi təşkil edilmiş mərasimlə yeni C-Class kabrioletinin təqdimatını keçirmişdir. Kabriolet 50 km/saat sürətinə qədər 20 saniyəyə açılıb-bağlana bilən yumşaq dam örtüyü ilə təchiz edilmişdir. Yığılmış dam örtüyü avtomobilin baqaj bölümündə yerləşir və onun həcmini 360 litrdən 285 litrə qədər azaldır. Standart olaraq kabriolet qara rəngli dam örtüyü ilə təchiz edilir. Opsional olaraq alman şirkəti, standart varianta nisbətən səs-küyü daha çox azaldan çoxqatlı materialdan olan dam örtüyünü də təklif edir ki, bu örtüyün də rəngini tünd qəhvəyi, tünd qırmızı, tünd göy və qara rənglərlə sifariş etmək olar.
Ümumilikdə istehsalçı salon tərtibatının 13 variantını, tavanın daxili hissəsinin 3 növdə örtüyünü, həmçinin interyerin karbon, taxta, alüminium və şüşə lifləri ilə işlənməsini təklif edir. Bundan əlavə, arxa oturacaqlar 50:50 nisbətində qatlana bilərlər.
Yeni Mercedes-Benz C-Class Cabriolet AirCap və AirScraf sistemləri ilə təchiz edilir ki, bunlardan birincisi alın şüşənin çərçivəsində quraşdırılmış xüsusi günlükdur ki, onun əsas vəzifəsi salonu küləkdən qorumaqdır.
İkinci sistem isə, adından göründüyü kimi, oturacaq başlıqlarında quraşdırılmış deflektorlar vasitəsi ilə, sürücü və sərnişinlərin başını və boynunu soyuq havadan qoruyan isti hava təbəqəsindən ibarət «şərf» yaradır.
Bundan əlavə, avtomatik klimat-kontrol sistemi açıq damla hərəkəti aşkarlayaraq havalandırma sistemini ona görə tənzimləyir. Misal üçün, sürücünün əllərinin isidilməsi məqsədi ilə sükan hissəsinə isti hava kütləsini yönəldə bilər.
Kabrioletin klirensi sedana nisbətən 15 millimetr azaldımışdır. Bundan başqa, modelin avadanlıqlar siyahısına elektronika ilə tənzimlənən amortizatorları və beş iş rejimi olan pnevmatik asqı, işıq diodlarından fənərlər, Burmester səs sistemi, dairəvi videomüşahidə, öndən toqquşmaları aradan qaldıran adaptiv kruiz-kontrol və 18-düymlük diskləri olan AMG Line idman dəsti daxil edilmişdir.
Yeni kabriolet mühərrik qammasına 9-pilləli avtomatik sürətlər qutusu ilə birgə çalışan səkkiz güc aqreqatı daxil edilmişdir.
Benzin güc aqreqatlarının siyahısını 1,6-litrlik 156 at qüvvəsi gücü olan mühərrik açır və bu siyahıya Mercedes-AMG C43 4Matic modelinə quraşdırılan 367 at qüvvəsi gücü olan 3,0-litrlik turbomühərrik başçılıq edir. Dizel güc aqreqatları 170 və 204 güclü 2,2-litrlik mühərriklərlə təmsil olunurlar.
Avtomobilin satışlarına bu ilin yayında başlanmalıdır.