Bir ay bundan əvvəl, məşhur dizayn atelyelərindən biri sayılan Pininfarina Cenevrə avtosalonunda «heyrətamiz» bir konsept nümayiş etdirəcəyini bəyan etmişdi. Bu günlərdə işinə başlamış sərgidə italyanlar H2 Speed adlı konseptual avtomobili nümayiş etdirmişlər. Təqdim olunmuş avtomobil yanacaq özəkləri ilə calışan elektrik mühərriki ilə hərəkətə gəlir. Seriya superkarı ilə World Endurance Campionship (WEC) çempionatının LMP1 sinfində çıxış edən yarış avtomobillərin «calağına» bənzəyən və yaradıcılarının iddia etdiklərinə görə, mürəkkəb aerodinamik dayağa malik olan kupenin uzunluğu 4700 millimetr, eni - 2000 millimetr, hündürlüyü 1087 millimetr, bazasının uzunluğu isə 2900 millimetr təşkil edi
Pininfarina H2 Speed konseptinin güc aqreqatı Fransa - İsveçrə mənşəli GreenGT müəssisəsi tərəfindən hazırlanmışdır. Bu güc aqreqatının yaradılmasına iki ildən çox vaxt sırf edilmişdir. Güc aqreqatının tərkibinə yarış xarakteristikalarına malik iki elektromühərrik və 700 yanacaq özəklərindən ibarət dəst daxildir. Mühərriklərin ümumi gücü 500 at qüvvəsi təşkil edir. 6,1 kilqoramlıq ehtiyat dəstinin tam doldurulmasına üç dəqiqə vaxt tələb edilir.
Avtomobil rekuperativ əylənmə və dartma vektoruna nəzarət sistemləri ilə də təchiz edilmişdir. Pilləsiz transmissiya ilə birgə çalışan güc aqreqatı 1420 kiloqramlıq avtomobili 100 km/saat həddinə kimi 3,4 saniyəyə sürətləndirir. 200 km/saat həddinə çatmağa isə 11 saniyə tələb olunur. Pininfarina H2 Speed avtomobilinin maksimal sürəti 300 km/saat təşkil edir.
Pininfarina dizayn atelyesi 1930-cu ildə Battista «Pinin» Farina tərəfindən yaradılmışdır. Atelye əsasən italyan istehsalı olan avtomobillərin dizaynı ilə məşğul olmuşur. Hal-hazırda atelye Hindistanın Mahindra&Mahindra şirkətinin mülkiyyətindədir.