Bu gün işinə başlamış beynəlxalq Cenevrə avtosalonunda Porsche şirkəti 911R (Racing) modelinin təqdimatını keçirmişdir. Yeni model 1967-ci ildə istehsal edilmiş eyni adlı yarış avtomobilinin 50 illik yubileyinə həsr edilmişdir. Alman şirkətinin nümayəndələrinin sözlərinə görə yeni avtomobil, Porsche 911 modelinin «bu günə qədər buraxılmış ən yüngül» variantıdır. Porsche 911 R modelini ekstremal sportkarlardan sayılan Porsche 911 GT3 RS kupesinin bazasında hazırlamışlar.

Porsche 911 R kupesinın karbondan düzəldilmiş kapot və qanadları, həmçinin maqneziumdan hazırlanmış damı vardır. Bundan əlavə, mühəndislər arxa oturacaqlardan, klimat-kontroldan və audiosistemdən tamamilə imtina etmişdirlər. Bu sistemləri hətta əlavə ödənişlə belə əldə etmək mümkün deyil. 911 R modelinin çəkisi 1370 kiloqram təşkil edir ki, bu da 911 GT3 RS modelinin çəkisindən 50 kiloqram azdır.

Avtomobil GT3 RS modelindən alınmış 500 at qüvvəsi və 460 Nm fırlanma anı olan 4,0-litrlik altı silindirli oppozit mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı altı pilləli mexaniki sürətlər qutusu ilə birgə çalışır. Opsional olaraq, birkütləli nazim çarxı da təklif edilir. Porsche 911 R modeli yerindən 100 km/saat həddinə kimi 3,8 saniyəyə sürətlənir və 323 km/saat maksimal sürətə malikdir.

Kupe çıxarılan spoyler, yeni avtomobil üçün xüsusi olaraq hazırlanmış arxa diffuzor və titandan düzəldilmiş işlənmiş qazların buraxılış sistemi ilə təchiz edilir.

Sportkarın təchizatına 20-düymlük təkər diskləri, öndə və arxada 410 və 390 millimetrlik diskləri olan karbon-saxsı əyləc sistemi daxil edilmişdir. Əlavə avadanlıq olaraq avtomobilin qabaq hissəsini 30 millimetr qaldıran sistemi də sifarış etmək olar. Almanların iddiasına görə bu sistem avtomobilin gündəlik istifadəsini təmin edəcəkdir.

İstehsalçı avtomobili 991 ədəd tirajla buraxmaq niyyətindədir. Almaniyada Porsche 911 R modeli may ayından başlayaraq 189544 avroya satılacaqdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt