Rolls-Royce şirkəti Cenevrə avtomobil salonuna Ghost sedanının və Wraith kupesinin Black Badge indeksini almış xüsusi variantlarını gətirmişdir. Avtomobillər eksteryerin və interyerin xüsusi qara rəngli işləmənsi və karbondan hazırlanmış disklər ilə seçilirlər. Belə ki, hətta Britaniya markasının simvolu olan «Ekstazın ruhu» heykəlciyi də qara rəngə boyanmışdır. Bundan əlavə, yeni variantlar standart avtomobillərdə 40 at qüvvəsi güclüdürlər.
Hər iki avtomobilin rəngləndiyi çalar Black Badge Black adlanır. Hər bir rəng və lak qatı əllə cilalanır. Britaniyalılar bu rəngi «avtomobil sənayesi tarixində qara rəngin ən dolğun çaları» kimi xarakterizə etmişlər. Bundan əlavə, avtomobilin ikinci embleminin (kapotda, yan və arxa tərəflərdəki iki R hərfi) də fonu qara rəngə bioyanmışdır. Radiator barmaqlığı, baqaj qapağı, hava girişləri və səsboğucu sistemin boruları da tünd çalarla rənglənmişdırlər.
Avtomobillərin disklərinin çevrəsi bir neçə qatlı karbonplastikdən hazırlanmışdır. Çarx topu isə aviasiyada istifadə edilən alüminiumdan hazırlanmışdır ki, karbondan hazırlanmış çevrə ilə titandan olan bağlanmalar ilə birləşir.
Ghost və Wraith Black Badge modellərinin interyerinin tərtibatında da karbon işləmələrdən istafadə edilmişdir. Avtomobilin havalandırma sisteminin deflektorları tozlama üsulu ilə vurulan xüsusi qara rəngə boyanmışdırlar. Bundan əlavə, ön paneldəki saatın siferblatında və oturacaqlarda sonsuzluğun işarəsi mövcuddur. Bu emblem Rolls-Royce avtomobillərində ilk dəfə olaraq, 2014-cü ildə buraxılan və Bluebird K3 qayığının vurduğu rekorda həsr edilmiş Phantom Drophead Coupe Waterspeed kabrioletində quraşdırılmışdır.
Rolls-Royce mühəndisləri Ghost modelinin 6,6-litrlik mühərrikinin gücünü 603 at qüvvəsinə qədər artırmışdırlar. Wraith modelinin mühərrikinin gücü isə 623 at qüvvəsi təşkil edir. Yeni modelin tirajı və qiyməti açıqlanmamışdır.