Subaru şirkəti XV modelinin yeni nəslinin carçısı olan XV Concept avtomobilini dünən işinə başlamış Cenevrə avtosalonunda nümayiş etdirmişdir. Prototipin xarici görkəmi yapon şirkətinin Dynamic X Solid adını almış yeni dizayn üslubunda hazırlanmışdır. Subaru nümayəndələri bu üslubu növbəti nəslin dizayn fəlsəfəsi adlandırmışlar. Konsept avtomobilinin uzunluğu 4520 millimetr, eni - 1920 millimetr, hündürlüyü isə 1570 millimetr təşkil edir. Avtomibilin təkərlərarası bazasının uzunluğu 2670 millimetrdir.
Beləliklə prototip, cari nəsil XV avtomobilindən 70 millimetr qısa, 140 millimetr enli və 45 millimetr hündürdür. Konseptin təkərlərarası bazası da indikindən 35 millimetr uzundur. Subaru XV Concept beş yerli salona və 19-düymlük təkər disklərinə malikdir. Təəssüf ki, yaponlar avtomobil haqqında geniş məlumat verməkdən imtina etmişlər. Konseptin güc aqreqatı və dinamik xarakteristikaları naməlumdur.
Subaru şirkətinin sonuncu dəfə nümayış etdirdiyi konseptlər İmpreza modelinin hetçbek və sedan kuzovlu prototipləri olmuşdur.