«Bərkgedən» sportkar istehsalçısı olan Zenvo firması Cenevrə avtomobil sərgisinə ST1 modelini əvəz edəcək TS1 superkarını gətirmişdir. Qeyd etmək gərəkdir ki, avtomobil sələfindən o qədər də fərqlənmir: avtomobil yeni qabaq splitter, təkmilləşdirilmiş arxa diffuzor və yenilənmiş antiqanadla təchiz edilmişdir. Superkar həmçinin, yeni arxa bamper, səsboğucu sistem, Michelin Pilot Super Sport və yaxud Michelin Pilot Sport Cup 2 şinləri geyindirilmiş öndə 19, arxada isə 20 düymlük döymə alüminium təkər diskləri ilə təchiz edilir.

Avtomobilin zahiri görkəmində dəyişikliklər təkamül xarakterli olsalar da, onun interyerindəki yenilikliklər daha genişdir. Avtomobil müasir dizaynlı salonla və istifadə edilən materialların yüksək kefiyyəti ilə seçilir.

Opsiyaların sayı məhdud olsa da, sifarişçi dəri və süni zamşa, karbon və alüminium arasında seçim etmək şansına  malikdir.

Superkar 5.9 litr iş həcmi olan iki turboüfürməli mühərriklər təchiz ediləcəkdir. İstehsalçı mühərrikin xarakteristikalarını açıqlamaqdan imtina etsə də, güc aqreqatının avtomobili 375 km/saat həddinə kimi sürətləndirəcəyini bildirmişdir. 

Zenvo TS1

Zenvo TS1 modeli karbon-saxsı əyləc mexanizmləri, özüqapanan arxa differensialı və tənzimlənən köndələn dayanıqlılıq stabilizatoru ilə təchiz edilir. Avtomobil həmçinin, hidravlik qaldırma mexanizmi olan təkmilləşdirilmiş KW asqıları ilə də təchiz edilmişdir. Zenvo bu modeldən cəmi 15 ədəd istehsal etməyi planlaşdırır. Avtomobilin qiyməti də məlum deyildir.

Zenvo  şirkəti TS1 modelindən başqa, onun bazasında yardılmış TSR konseptini də nümayiş etdirmişdir. Konsept TS1 modelindən aqressiv kuzov dəsti və trek üçün nəzərdə tutulmuş asqı sistemi ilə fərqlənir. Bundan əlavə, konsept təhlekəsizlik çərçivəsi olan nadir interyer və altı nöqtəli təhlekəsizlik kəmərləri olan yarış oturacaqları ilə də seçilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt