Alpina şirkəti Cenevrə avtosalonunda yeni nəsil BMW 5-Series sedan və universalının bazasında hazırladığı B5- Bi-Turbo modellərini nümayiş etdirmişdir.
Alpina B5 Bi-Turbo modeli 4,4-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz edilmişdir.
Mühərrik dəyişdirilmiş daxilolma sistemini, yeni interkuleri və soyutma sistemini, başqa buraxılış sistemini, həmçinin V-şəkilli silindrlər blokunun arasında iki xüsusi twin-scroll turbinalarını əldə etmişdir. B5 bi-Turbo mühərrikinin gücü 608 at qüvvəsi, fırlanma anı isə 800 Nm təşkil edir. Güc aqreqatı səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə birgə çalışır.
Alpina B5 modelinin həm sedan, həm də universal variantı xDrive tam çəkiş sistemi ilə təchiz edilirlər.
Alpina B5 Bi-Turbo sedanı 100 km/saat sürətini 3,5 saniyəyə, universalı isə 3,6 saniyəyə toplayır.
Birincinin maksimal sürəti 330 km/saat, ikincinin isə 325 km/saat təşkil edir. Alpina mütəxəssisləri eyni zamanda avtomobilin asması üzərində də işləmişdirlər. Model aktiv amortizatorlara və daha sərt yaylara sahib olmuşdur.
Apline B5 Bi-Turbo sedanının qiyməti 94118 avrodan, univarsal kuzovlu variantın qiyməti isə 96891 avrodan başlayır.