Aston Martin şirkəti Cenevrə avtosalonunda AMR brendinin təsis edildiyi barədə məlumat vermişdir. Britaniya istehsalçısının ekstremal modellər bu brend altında istehsal ediləcəkdirlər. Yeni model xəttinin ilk nümayəndələri V12 mühərrikli Rapid hetçbeki və V8 Vantage modelinin trek variantı olmuşdurlar.
İstehsalçı yeni brendin yol avtomobillərini yarış bolidlərinə yaxınlaşdıracağını bildirmişdir. Bununla belə, model xətti iki kateqoriyaya bölünəcəkdir: AMR (ekstremal yol avtomobilləri) və AMR Pro (daha hardkor modifikasiyalar). 12 silindrli Aston Martin Rapid modeli ilk kateqoriyaya aid olan avtomobilləri təmsil edir. Avtomobilin 6.0-litrlik mühərriki 600 at qüvvəsinə malikdir və hetçbeki 338 km/saat həddinə kimi sürətləndirir. Aston Martin nümayəndələri Aston Martin Rapid AMR modelinin dünyanın ən sürətli dörd qapılı avtomobili olduğunu iddia edirlər. Yeni avtomobilin digər xüsusiyyətləri Stirling Green rəng sxemi, 21-düymlük təkər diskləri və aerodinamik komponentlər dəsti olan aqressiv kuzov parçalarıdır. Avtomobilin salonu alkantara və karbonla işlənmiş, həmçinin ön karbon oturacaqlara sahib olmuşdur.
Öz növbəsində Aston Martin V8 Vantage AMR Pro modeli ümumi yollar üçün nəzərdə tutlmamışdır və GT4 kateqoriyasındakı avtomobillərdə quraşdırılan 507 at qüvvəli V8 mühərrikinə malikdir. Aston Martin markasının tarixində ən güclü V8 Vantage modeli olan Aston Martin Vantage AMR Pro tənzimlənən «döyüş» asmasını, Michelin Pilot Cup 2 şinləri və mərkəzi kilidi olan 19-düymlük təkər disklərini, təhlükəsizlik karkasını, iri antiqanadı və diffuzoru əldə etmişdir.Aston Martin yeddi ədəd Vantage trek kupesini və 210 ədəd Rapide AMR modelini buraxacaqdır. Sonradan digər modellər də AMR variantlarına malik olacaqdırlar.