Audi şirkəti Cenevrədə RS5 bərkgedən kupesinin yeni nəslini təqdim etmişdir. Yeni “qaynar” kupe BMW M4 kupesindən güclü və yeyin, Mercedes-AMG C63 4Matic kupesindən zəif olsa da, ondan daha yeyin olmuşdur.
Əvvəllər də ehtimal edildiyi kimi, Audi RS5 modelini Porsche Panamera modelindən tanış olan 2,9-litrlik benzin turbomühərriki ilə təchiz etmişdirlər. Mühərrikin gücü 450 at qüvvəsi, fırlanma anı isə 600 Nm təşkil edir. Müqayisə üçün, M4 modelinin mühərriki 431 at qüvvəsinə, AMG C63 kupesinin mühərriki isə 476 at qüvvəsinə malikdir. Sonuncunun S variantının gücü 510 at qüvvəsi təşkil edir.
Audi RS5 kupesinin mühərriki səkkiz diapazonlu avtomatik ötürmələr qutusu ilə biurgə çalışır. Yerindən 100 km/saat həddinə kupe 3.9 saniyəyə sürətlənir ki, bu da M4-də olduğundan 0,2 saniyə, AMG C63-dən isə 0.1 saniyə yeyindir. Eyni zamanda, o AMG C63 S modeli ilə bərabər dinamikaya malikdir. Audi RS5 modeli nisbəti 40:60 olan tam ötürməli çəkiş sistemi ilə təchiz edilir.
Yeni bərkgedən kupenin təchizatına karbondan tavan, arxa aktiv differensial, MMI multimedia sistemi, matrisa tipli ön işıqdiodlarından fənərlər, idman asması, karbon-saxsı əyləc mexanizmləri və 20-düymlük təkər diskləri daxildir. Modelin satışlarına bu ilin iyununda başlanacaqdır.
Avtomobilin baza variantının dəyəri 80900 avro təşkil edir. Audi RS5 modelinin Azərbaycan bazarındakı satışlarına bu ilin payızında start veriləcəkdir. Eyni zamanda, Cenevrədə DTM çempionatında çıxış edən Audi Motorsport komandasının yeni mövsümdə istifadə edəcəyi Audi RS5 DTM boldi də nümayiş etdirilmişdir.