Bentley şirkəti 87-ci Beynəlxalq Cenevrə avtosalonunda tamamilə elektrik güc qurğusu ilə təchiz edilmiş EXP 12 Speed 6e konseptual rodsterini təqdim etmişdir.
Bununla belə, Bentley şirkəti EXP 12 Speed 6e konseptinin güc aqreqatı barədə ətraflı məlumatı təqdim etməmişdir. İstehsalçı yalnız prototipin akkumulyatorların naqilsiz doldurulması sistemi ilə təchiz edildiyini bildirmişdirlər. Elektrokarın yürüş ehtiyatı Londonla Paris (təxmini 500 kilometr) və ya Milanla Monako arasındakı (təxmini 400 kilometr) məsafəni qət etməyə yetər.
Prototip idarəetmə elektronikasının xüsusi rejiminə malikdir ki, bu rejim də sürətin daha intensiv şəkildə toplanmasını təmin edir. Bu rejim yuxarı hissəsi kəsilmiş sükan çarxının yuxarı hissəsində yerləşdirilmiş düyməyə basmaqla aktivləşir. Orda da şəhərdə hərəkət zamanı sürəti məhdudlaşdıran sistemin düyməsi də yerləşdirilimişdir.
Bentley EXP 12 Speed 6e modelinin mərkəzi konsolu qövsvari OLED displeyindən ibarətdir. Onun vasitəsi ilə sürücü və sərnişin avtomobilin multimedia, havalandırma və naviqator sistemlərini idarə edə bilərlər. Rodsterin interyerinin tərtibatında dəri, mis və əsil ağacdan hazırlanmış əlavələrdən istifadə edilmişdir.
Avtomobilin seriya istehsalı barədə heç bir məluumat verilməmişdir. Bununla belə, Bentley şirkəti yaxın zamanlarda bütün modellərin hibrid modifikasiyalarının təklif ediləcəyini bildirmişdir. İlkin olaraq, 2018-ci ildə, hibrid modifikasiyasını Bentayga krossoveri əldə edəcəkdir.