Brabus atelyesi Cenevrə avtosalonuna Mercedes-Benz G500 4x4² ekstremal orfoderinin bazasında yaratdığı Brabus 550 Adventure modelini gətirmişdir. Ofroder çoxlu sayda eksklyuziv yeniliklərə və təkmilləşdirilmiş mühərrikə sahib olmuşdur.
Brabus 550 Adventure modelinin 4,0-litrlik iki turbokompresorlu mühərrikinin gücü 422 at qüvvəsindən 542 at qüvvəsinə, fırlanma anı isə 610 Nm-dən 800 Nm-ə qədər artırılmışdır. İstehsalçının qeyd etdiyi kimi, təkmilləşdirilmiş ofroder 100 km/saat sürətini 6,7 saniyəyə toplayır. Xatırladaq ki, Mercedes-Benz G500 4x4² ofroderi bu tapşırığa 7,4 saniyə sərf edir və 210 km/saat maksimal sürətə malikdir. Qeyd etdiyimiz kimi, avtomobil çoxlu sayda elksklyuziv yeniliklərə sahib olmuşdur ki, bunların arasında müdafiə qövsü, köməkçi bucurqad, havalandırmalı kapot, əlavə işıqlandırma, elektronika tərəfindən tənzimlənən təkmilləşdirilmiş asma, unikal təkər disləri dəsti, daha yüksək məhsuldarlıqlı əyləc mexanizmləri də mövcuddur. Avtomobilin salonunda quraşdırılmış 4,3-düymlük sensorlu displeyin köməkliyi ilə sürücü asmanın tənzimləmələrini dəyişmək və bucurqadı idarə etmək imkanına malikdir.