Citroen şirkətinə məxsus premium avtomobillər subbrendi olan DS markasının DS7 Crossback krossoveri ətrafında cərəyan edən detektiv bu gün pik nöqtəsinə çatmışdır. Uzun sürən gizlən-qaç oyunundan sonra Citroen şirkəti yeni modelin rəsmi fotoşəkillərini yaymışdır.

DS7 Crossback bu markanın ən mütərrəqi modellərindən biridir. Avtomobil gecə görüntü sistemini, adaptiv asmanı, 180 dərəcə dönmək qabiliyyətinə malik olan işıqdiodlarından fənərlərə və hibrid güc qurğusunu əldə etmişdir. Krossover 4,57 metr uzunluğa, 1,89 metr enə və 1,62 metrlik hündürlüyə malikdir. Yeni krossover Peugeot 308, 3008 və 408, həmçinin Citroen C4 Picasso modellərinin istehsalında istifadə edilən EMP2 platformasında yığılmışdır. Avtomobil beş sərnişin üçün nəzərdə tutlmuş salonla təchiz ediləcəkdir.

Baqaj bölümünün həcmi 550 litr təşkil edir ki, arxa oturacaqların qatlanması halında bu həcmi 1750 litrə qədər artırmaq mümkündür. Krossover qapıların açılması halında bənövşəyi rənglə işıqlanan, sonra isə 180 dərəcə dönən işıqdiodlarından olan fənərlərlə təchiz edilir. Bu elementlər çoxsaylı küncləri olan iymətli daşları xatırlatmalıdır. Eyni zamanda, fənərlər şəhər, trassa, pis hava şəraiti və hətta kənd yolları üçün nəzərdə tutulmuş altı iş rejiminə malikdirlər. Arxada isə pulcuqları xatırladan «üçölçülü» LED fənərlər quraşdırılmışdır.

Citroen modellərində quraşdırılan hidropnevmatik asma, kamera vasitəsi ilə yoldakı əyrilikləri «hesablayaraq» hər bir təkərdə öncədən amortizatorların sərtliyini tənzimləyən adaptiv asma ilə əvəzlənmişdir. Bundan başqa, DS7 Crossback modeli onyektləri 100 metrlik məsafədə aşkarlayan və infraqırmız kamerası olan gecə görüntü sistemini əldə etmişdir.

Görüntü cihazlar panelində əks etdirilir, mümkün olan obyektlər isə qırmızı haşiyə ilə qeyd edilirlər. Sürücünün vəziyyəti üzərində nəzarəti isə sükan çarxının arxasında yerləşdirilmiş digər infraqırmızı kamera həyata keçirəcəkdir. Sistem, insanın baxışının istiqaməti, kiprik qırpmalarını və baş hərəkətlərini izləyərək sürücünün yorğunluq səviyyəsini təhlil edəcəkdir.

Diqqətin azalması halında səs siqnalı və displeydəki xəbərdarlıq peyda olacaqdır. Krossoverin təchizatına 7-düymlük rəqəmsal cihazlar paneli, multimedia sisteminin 12-düymlük sensorlu displeyi, BRM Chronographes firmasının istehsalı olan və mühərrikin işə salınması haqqında dönərək açılan saat daxil edilmişdir. Bundan əlavə, krossover avtomatik parketmə sisteminə, adaptiv kruiz-kontrola və 14 dinamikli Focal səs sisteminə sahib olmuşdur. Salondakı xrom elementlərə Abraham-Lui Breqe tərəfindən 1786-cı ildə tərtib edilmiş «Clous de Paris» naxışı vurulmuşdur.

DS7 Crossback modelinin mühərrik çeşidinə altı mühərrik daxil edilmişdir. Bunlardan biri də 300 at qüvvəsi ümumi gücə malik olan hibrid qurğudur ki, onun da tərkibinə 200 at qüvvəsi olan benzin mühərriki və hər birinin gücü 80 kilovat olan iki mühərrik (öndə və arxa) və 13 kilovat/saat tutumu olan litium-ion batareyaları daxildir. Elektrik ötürməsi ilə krossover 60 kilometr məsafə qət etmək iqtidarındadır. Benzin mühərrikləri 130, 180, və 230 at qüvvəli variantlarla, dizel aqreqatları isə 130 və 180 at qüvvəli variantlarla təmsil edilmişdirlər. Baza mühərriki istisna olmaqla bütün mühərriklər yeni 8-pilləli avtomatik ötürmələr qutusu ilə birgə çalışırlar. Bütün avtomobillər öndən çəkişlidirlər. Tam çəkişli avtomobil isə, arxa oxda elektromühərrik olan hibrid variantıdır.   

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt