Dacia şirkəti Stepway xəttinin yeni üzvünü təqdim etmişdir. Dacia Logan universalının yungül yolsuzluq üçün nəzərdə tutulmuş modifikasiyasının kütləvi təqdimat mərasimi mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir.

Yeni Dacia Logan Stepway 174 millimetrlik klirensə və rənglənməmiş plastikdən hazırlanmış müdafiə qurşağına malik olmuşdur. Plastikdən olan əlavələr avtomobilin təkər tağlarında da quraşdırılmışdır. Bununla bərabər, bamperlərdə «metal» əlavələr də peyda olmuşdurlar. Yeni modelin daha bir maraqlı xüsusiyyəti,  Sandero Stepway modelinin üslubunda hazırlanmış «3D-effektli» oturacaq örtüyüdür. Avropa bazarında avtomobil yalnız ən bahalı variant olan Laureate təchizat səviyyəsində təklif ediləcəkdir.

Bu səviyyə salonun qismən dəri ilə üzlənməsini, naviqasiyalı multimedia kompleksinin, kondisionerin, arxa görüntü kamerasının, parketmə vericilərinin və yoxuşda yerindən tərpənməyə yardın edən sistemin quraşdırılmasını nazərdə tutur. Dacia Logan Stepway modelinin mühərrik çeşidinə 90 at qüvvəsi olan benzin və dizel mühərrikləri daxil edilmişdir. Hər iki güc aqreqatı beş pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışacaqdırlar. Dacia modelləri Azərbaycanda Renault brendi altında təklif edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt