Britaniyadan olan Eadon Green startapı Cenevrə avtosalonunda Black Cuillin retro-sportkarını nümayiş etdirmişdir. Klassik dizayna və müasir texniki hissəyə malik olan sportkar V12 mühərriki ilə təchiz edilir.
Avtomobil haqqında məlumat həddindən artıq azdır. Yeganə məlum olan V12 mühərrikinin həcminin 6,0-litr olması və onun «qırmızı zonasının» 7000 dövr/dəqiqədən başladığı bildirilmişdir. Mühərrikin güc xarakteristikaları barədə məlumat olmasa da, avtomobilin spidometrinin 170 mil/saata (274 km/saat) kimi işarələndiyi bilinir. Şirkətdən avtomobilin dizaynının 1930-cu illərin klassik Alfa Romeo 8C 2900 modeli üslubunda hazırlandığı bildirilmişdir. Təsvirlərdən göründüyü kimi, avtomobil oturacaqların elektriklə tənzimlənməsi, dəri və alkantara, mühərrikin düymə ilə işə salınması, naviqasiyası olan multimedia sistemi ilə təchiz edilmişdir.
Avtomobilin salonunda aöac və metaldan istifadə edilmiş, Garrick England firmasını saatı quraşdırılmışdır. Bununla belə, avtomobilin gələcək taleyi barədə məlumat verilməmişdir.