Formula 1 üzrə ikiqat dünya çempionu və nüfuzlu amerikan “Indy 500” yarışının qalibi olan Emerson Fittipaldinin təsis etdiyi Fittipaldi Motors şirkəti Cenevrədə EF7 Vision Gran Turismo superkarını təqdim etmişdir.
Fittipaldi EF7 Vision Gran Turismo avtomobili karbon monokoku, karbonplastikdən hazırlanmış kuzov panellərini əldə etmişdir. Superkar 1000 kiloqram çəkiyə malikdir ki, çəkinin azaldılması üçün adi şüşələr kopikarbonatdan olan analoqları ilə əvəz edilmişdir. Eyni zamanda, yan güzgülər kameralarla əvəzlənmişdirlər. Avtomobildən yalnız trekdə istifadə etmək olar. Superkarın dizaynı üzərində məşhur italyan dizayn atelyesi Pininfarina işləmişdir. Konseptin texniki hissəsinə isə HWA mühəndis firması hazırlamışdır. DTM çempionatını izləyənlər bu firmanın kuzov çempionatında Mercedes-AMG komandasının tərəfdaşı olduğunu bilirlər. Fittipaldi EF7 Vision Gran Tourismo modeli HWA komandası tərəfindən hazırlanmış 4,8-litrlik V8 mühərriki ilə təchiz edilmişdir. Bu mühərrik 600 at qüvvəsi və 510 Nm fırlanma anı təklif edir.
Güc aqreqatı avtomobilin arxa hissəsində transaxle sxemi ilə yerləşdirilmiş altı pilləli sekvental ötürmələr qutusu ilə birgə çalır. Avtomobil həmçinin arxa oxdakı yüksək sürtünməli differensial, «yarış» asması, əyləcəri və tənzimlənən köndələn dayanıqlılıq stabilizatorları ilə təchiz edilir. Adından da göründüyü kimi, konseptin virtual variantının PlayStation üçün nəzərdə tutulmuş Gran Turismo oyununda da peyda olacaqdır. Fittipaldi superkarın alıcılarına pilot kursu da keçməyi öz öhdəsinə götürmüşdür. Bunun üçün, bütün dünya üzrə tədbirləri həyata keçirən xüsusi «Fittipaldi Racing Club» da təşkil ediləcəkdir.
Avtomobilin tirajı və qiyməti aşıqlanmamışdır.