Gemballa tüninq atelyesi yenilənmiş Porsche 911 Turbo modeli üçün nəzərdə tutulmuş Avalanche təkmilləşdirmələr proqramını təqdim etmişdir. Təkmilləşdirilmiş sportkarın kütləvi təqdimat mərasimi 15 gündən sonra işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir.

Alman tüner, ilk növbədə, 3,8-litrlik altısilindirli mühərrikini gücünü 280 at qüvvəsi artırmışdır. Nəticədə, təkmilləşdirilmiş mühərrik 820 at qüvvəsi təklif edir. Mühərrikin fırlanma anı da 290 Nm artaraq 950 Nm-ə qədər yüksəlmişdir. Bununla belə, tüner avtomobilin dinamik xüsusiyyətlərini açıqlamamışdır. Sport Chrono dəstinə malik olan standart Porsche 911 Turbo modeli 100 km/saat sürətini 3,0 saniyəyə toplayır və 320 km/saat maksimal sürətə malikdir.Güc aqreqatı ilə yanaşı Gemballa atelyesi avtomobilin aerodinamik dəstini də tamamilə dəyişərək bir neçə yeni aerodinamik elementləri əlavə etmişdir. Bu yeniliklər öndəki splitter, daha geniş təkər tağlarından və  buraxılış sisteminin dörd ədəd boruları quraçdırılmış iri diffuzordan ibarətdirlər. Bütün yeni detallar karbondan hazırlanmışdır. Bununla bərabər, kupe ön bamperdəki karbondan olan hava girişlərinə, baqaj bölümünün üzərinə olan yeni elementə (işıqlandırmalı), həmçinin daxilində kiçik «qanad» olan iri antiqanada sahib olmuşdur. Əlavə olaraq, atelye Cenevrədə 911 Turbo modelinin bazasında hazırlanmış GTR 780 EVO-R trek kupesini nümayiş etdirəcəyini bildirmişdir.