Honda şirkəti Cenevrədə Civic Type R modelinin yeni nəslini təqdim etmişdir. «Qaynar» hetçbek öndən çəkiş sistemini və birbaşa çiləməli 2,0-litrlik turbomühərriki qoruyub saxlamışdır.
Yeni hetçbekin dönmə yumruqları olan ön asmasının geometriyası dəyişdirilmiş, arxa da isə H-şəkilli dirək çoxqollu asma ilə əvəzlənmişdir. Əvvəl də olduğu kimi, ön oxda yüksək sürtünməli özüqapanan differensial quraşdırılır. Hetçbek həmişə olduğu kimi, adaptiv amortizatorlarla təchiz edilir. Amortizatorların və sükan idarəetməsinin xarakteristikalarını, həmçinin akselerator pedalının həssaslığını tənzimləyən idarəetmə elektronikasının rejimlərinə Comfort rejimi əlavə edilmişdir. Bundan öncə, Sport və trek üçün nəzərdə tutulan +R rejimi mövcud idi. Honda Civic Type R hetçbekinin kuzovunun burulma və əyilmə sərtliyi müvafiq olaraq 38 və 45 faiz artırılmışdır. Alüminiumdan geniş istifadə nəticəsində avtomobilin çəkisi adi Civic hetçbekinə nisbətən 7 kiloqram, əvvəlki Type R modelinə görə 16 kiloqram azaldılmışdır. Avtomobilin əyləc sistemi dəyişilməz qalmışdır: bunlar öndə 350-millimetrlik, arxa da isə 305-millimetrlik diskəri və dördsilindrli porşenləri olan Brembo əyləc mexanizmləridir.
Yeni nəsil Civic Type R modelinin 2,0-litrlik dörd silindrli turbomühərriki 320 at qüvvəsi və 400 Nm fırlanma anı təklif edir. Güc aqreqatı, aşağı pilləyə keçən zaman mühərrikin dövrələrini avtomatik olaraq yüksəldə bilən, 6-pilləli mexaniki ötürmələr qutusu ilə komplektləşdirilir. Yeni Type R modelinin dinamik xarakteristikaları açıqlanmamışdır. Əvvəlki model 100 km/saat sürətini toplamağa 5,7 saniyə sərf edir və 270 km/saat maksimal sürətə malikdir. Eyni zamanda, Civic Type R modeli 245/30 ölçülü Continental ContiSportContact6 şinləri olan 20-düymlük təkər disklərini, Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən yeni multimedia kompleksini və 12 dinamikli 540 vattlıq səs sistemini əldə etmişdir. Honda Civic Type R modelinin istehsalı Böyük Britaniyanın Suindon şəhərində təşkil ediləcəkdir. Avtomobilin Avropadakı satışlarına yay aylarında start veriləcəkdir.