Cenevrə avtosalonunda Hyundai FE Fuel Cell konseptual avtomobilinin dünyəvi təqdimat mərasimi baş tutmuşdur. Yeni konsept Koreya markasının gələcək hidrogenlə hərəkət edənseriya krossoveri barədə təsəvvür yaratmaq vəzifəsini daşıyır. Prototip 800 kilometr yürüş məsafəsinə malikdir.
Konsept Cənubi Koreya istehsalçısının 2020-ci ilə qədər 14 ekomodelin buraxılmasını nəzərdə tutan qlobal proqramının çərçivəsində hazırlanmışdır. Bu günə Hyundai şirkətinin model xəttində hidrogen yanacaq özəkləri ilə qidalanan güc aqreqatı olan yeganə model ix35 krossoverinin xüsusi modifikasiyasıdır.
Hyundai ix35 modeli 136 at qüvvəli elektromühərrik, həmçinin enerjini oksigen və hidrogenin kimyəvi reaksiyasından əldə edən litium-ion batareyaları ilə təchiz edilir. Krossover yanacaq doldurmadan 594 kilometr qət edə bilər. Onun maksimal sürəti 161 km/saat təşkil edir.
Hyundai şirkəti konseptin güc qurğusunun ix35 modelinin aqreqatına nisbətən 20 faiz yüngül, 10 faiz məhsuldar və 30 faiz güclü olduğunu bildirir. İstehsalçı sistemin tərkibi barədə məlumat verməmişdir. Konseptin maraqlı elementlərindən biri baqajdakı stansiyadan qidalanan elektrik skuteridir. Bu skuterdən kiçik məsafələri qət etmək üçün istifadə etmək olar.
Konseptin seriya variantı 2018-ci ildə işıq üzü görməlidir.