Hyundai şirkəti rəsmi olaraq yeni nəsil i30 universalını təqdim etmişdir. Universalın baqaj bölümünün tutumu 602 litr təşkil edir. Bu Skoda Octavia universal ilə müqayisədə 14 litr çoxdur.
Arxa cərgənin oturacaqlarının qatlanması halında baqaj bölümünün tutumu 1650 litrə qədər artır. Bu parametrə görə Hyundai i30 universalı çex rəqibinə 68 litr uduzur. Yeni universalın qabarit uzunluğu 4585 millimetr, eni – 1795 millimetr, hündürlüyü isə 1465 millimetr təşkil edir. Universalın təkər bazasının uzunluğu 2650 millimetrə bərabərdir. Beləliklə, universal hetçbekdən 245 millimetr uzun və 10 millimetr hündürdür. Modellərin eni və təkər bazasının uzunluğu eynidir. Avropada universal iki benzin və bir dizel mühərriki ilə təklif ediləcəkdir. Benzin mühərriklər 1.0 və 1.4 litrlik aqreqatlarla təmsil olunmuşdur ki, onlar da müvafiq olaraq 120 və 140 at qüvvəsinə malikdirlər. 1.6-litrlik dizel mühərriki isə 100 at qüvvəsi təklif edir. Hyundai i30 universalının təchizatına 8,0-düymlük sensorlu ekranı, naviqatoru, Apple CarPlay və Android Auto sistemlərini dəstəkləyən multimedia sistemi, işıqdiodlarından fənərlər, avtomatik uzaq işıqlar, adaptive kruiz-kontrol, sürücünün vəziyyətinə və kor zonalara nəzarət sistemləri daxil edilmişdir. Yeni universalın kütləvi təqdimat mərasimi Cenevrə avtosalonunda keçiriləcəkdir.