İsveçrənin Classic Factory şirkəti Elextra dördqapılı superkarının tizerini dərc etmişdir. Superkarın kütləvi təqdimat mərasimi istehsalçının vətənində keçiriləcək Cenevrə avtosalonunda baş tutacaqdır.

Elextra layihəsinin ideyası Classic Factory müəssisəsinin rəhbəri və dizayneri olan Robetr Palma, və iş adamı Poul Sola məxsusdur. Sonuncu bir neçə il ərzində Çin bazarında idman avtomobillərinin satışı ilə məşğuldur.

“Elextra layihəsinin başlıca ideyası heyranedici italyan superkarlarını xatırladan təmiz kuzov xəttlərini alçaq futurustik siluetlə və mütərrəqi texnologiyalarla birləşdirməkdir”, - deyən Robert Palm yeni layihənin məqsədini açıqlamışdır. Avtomobil haqqında olan məlumat onun İsveçrədə hazırlanacağı, “dünyada olan ən yaxşı elektrik platformasında” yığılacağı və 100 nüsxədən ibarət məhdud sayda tirajla buraxılacağıdır. Avtomobilin Ştutqartda yerləşən “kiçik seriyalarla avtomobil istehsal edən dünya şöhrətli şirkətin” müəssisəsində buraxılacağı bildirilmişdir. Bununla belə, müəssisənin kimə məxsus olduğu açıqlanmamışdır.

Dördqapılı Elextra dörd oturacağa və tam çəkiş sisteminə malik olacaq , 100 km/saat həddinə isə 2,3 saniyəyə sürətlənəcəkdir.

Image alt Image alt Image alt