Italdesign atelyesi və Airbus şirkəti Cenevrə avtosalonunda uçan avtomobil konseptini təqdim etmişdirlər. Pop Up adını almış model yerdə və havada hərəkət etmək üçün iki dəyişmə moduluna malikdir.
Avtomobilin əsasını iki nəfər üçün nəzərdə tutulmuş salon-kapsula təşkil edir.Bu kapsula karbondan hazırlanmış və 2,6 metr uzunluğa, 1,4 metr enə, 1,5 metr hündürlüyə malikdir. Uçuş üçün nəzərdə tutulmuş modul isə kvadrokopterlərə bənzər formada hazırlanmış və bir-birinin əksinə fırlanan səkkiz propeller ilə təchiz edilmişdir. Modul 5 metrin 4,4 metrə olan ölçülərə malikdir. Hərəkət rejimini dəyişmək üçün xüsusi hazırlanmış əlavədən istifadə etmək kifayətdir. Proqrama planlaşdırılmış gediş haqqında məlumatı daxil etdikdən sonra, o, səyahətə gərək olan vaxt, xərclər və trafikə əsasən avtomatik olaraq hərəkət növünü seçəcəkdir.
Yardıcıların fikrincə yerlə hərəkət və yaxud uçuş üçün modullar sərbəst olaraq kapsulaya yaxınlaş və kilidlənirlər.
İstifadə olunmayan modul isə avtomatik olaraq doldurulma stansiyasına yollanaraq, digər kapsuladan çağırışı gözləyir. Moldullar və kapsula fərdi batareyalar dəstinə malikdirlər. Yer ilə hərəkət zamanı avtomobil iki elektromotordan istifadə edir. Bu mühərriklrə ona 100 km/saat sürəti ilə hərəkət etməyə imkan yaradırlar.
Modulun yürüş ehtiyatə 130 kilometdir. Xüsusi stansiyada batareyaların tam dolmasına 15 dəqiqə kifayət edir.