Lamborghini şirkəti Cenevrə avtosalonunda Huracan superkarının «qaynar» Performance adlı modifikasiyasını təqdim etmişdir. Huracan Performante məşhur «Şimal ilgəyini» 6 dəqiqə 52.01 saniyəyə qət etmişdir ki, bu da yol avtomobilləri arasında göstərilən ən yaxşı nəticədir.
Xatırladaq ki, Huracan Performante modelinə qədər bu rekord 6 dəqiqə 57 saniyə zamanla Porsche 918 Spyder superhibridinə məxsus idi. Lamborghini Huracan Performante modeli aktiv aerodinamik elementləri əldə etmişdir ki, söhbət əsasən kuzovun ön və arxa hissəsində olan ə 500 millisaniyə ərzində vəziyyətlərini dəyişə bilən çəpərciklərdən gedir. Dönmə və əylənmə zamanı çəpərciklər bağlı qalaraq Huracan modelinin aerodinamikasını daha çox yerəbasma gücü ilə təmin edir. İtalyanlar yeni modelin bu göstəricisinin adi avtomobildə olduğundan 750% çox olduğunu bildirmişdirlər.
Düzlüklərdəki maksimal sürəti təmin etmək məqsədilə çəpərciklər açıq qalaraq, aerodinamik müqaviməti azaltmaq üçün hava kütlələrini yönləndirirlər.
Bundan başqa, avtomobilin arxa qanadında xüsusi kanal cütlüyü mövcuddur ki, sürətli döngələrdə yerəbasma gücünü artırmaq üçün hava kütləsi bu kanallara yönəldilir. Lamborghini Huracan Performante modeli bürünc kollektorları, titan klapanları, həmçinin təkmilləşdirilmiş buraxılış və çıxış sistemi olan V10 mühərriki ilə hərəkətə gəlir. Mühərrik 640 at qüvvəsi və 600 Nm fırlanma anı təklif edir. Huracan Performante modelinin çəkisi 1382 kiloqrama bərabərdir. Adi modeldən 40 kiloqram yüngül olan avtomobil təkmilləşdirilmiş asmaya sahib olmuşdur. Kuzovun şaquli sərtliyi 10%, yan sərtliyi 15% artmışdır.
Bundan başqa, Huracan Performance modeli üçün adi amortizatorlarla yanaşı maqneroloji mayeli aktiv amortizatorları da sifariş etmək olar.
Superkarın təchizatına beşinci nəsil Haldex muftası olan tam çəkiş sistemi, 20-düymlük təkər diskləri, Pirelli P Zero Corsa şinləri daxildir. Əlavə ödəniş etməklə trek üçün nəzərdə tutulmuş Pirelli Trofeo R şinlərini də sifariş etmək olar.Yerindən 100 km/saat sürətini toplamağa superkara 2,9 saniyə, 200 km/saat həddini aşmağa isə 8,9 saniyə tələb olunur. «Qaynar» Huracan superkarına 100 km/saat sürətindən tam dayanmaq üçün 31 metr məsafə kifayət edir.
Huracan Performante modelinin satışlarına bu ilin yayında başlanacaqdır. Superkarın tirajı məhdudlaşdırılmamışdır. Onun satış qiyməti 246 min avrodan başlanacaqdır.