McLaren 720S superkarının təqdimatından bir gün keçməmiş McLaren Special Operations (MSO) bölməsi superkarın eksklyuziv Super Series variantını təqdim etmişdir. Bu seriyaya Velocity, GT Pacific, Track və Stealth tərtibatları daxildir.
McLaren 720S Velocity adını almış modifikasiya unkal həll yollarını əldə etmiş və britaniya istehsalçısı tərəfindən 335 min funt-sterliq dəyərində qiymətləndirilmişdir.
Bununla belə, MSO nümayəndələri müştərilərinə həddi-hüdudu olamayan imkanlar təklif etdiklərini bildirmişdirlər. Bu imkanlardan yararlanan müştərilər avtomobillərinə eksklyuzivliyi təmin edən fərdiləşdirmə imkanlarından yararlanmaq şansı verilir. Velocity tərtibat variantı iki qırmızı mirvari rəngini təklif edir ki, bunlardan biri Nerello Red adlı boyadır ki, ondan avtomobilin ön və yuxarı panellərini rəngləmək üçün istifadə etmək təklif olunur. Bu çalar tədricən avtomobilin yan və arxa hissəsinin boyandığı Volcano Red rənginə keçir. Bundan başqa, 720S Velocity modifikasiyası xüsusi təkər diskləri və karbondan işləmələrlə fərqlənir.
Eyni zamanda, avtomobil salonun xüsusi tərtibatını da əldə etmişdir ki, bu tərtibat da sürücü və sərnişinin «idman» hissiyatını artırmalıdır.