Mercedes-Benz şirkəti bu gün mətbuat nümayəndələri üçün qapılarını açmış Cenevrə avtosalonunda Mercedes-AMG GT Concept prototipini nümayiş etdirmişdir. Konseptual avtomobilin seriya variant Porsche Panamera modeli ilə rəqabət aparacaqdır.
Yeni avtomobil “EQ Power+” adını almış ilk modeldir. Gələcəkdə Mercedes-AMG xəttindən olan “qaynar” hibrid avtomobilləri belə adlancaqdırlar. Dördqapılı prototip C və E-Class modellərinin istehsalında istifadə edilən MRA platformasının təkmilləşdirilmiş variantında hazırlanmışdır.
Beş metrlik uzunluğu olan avtomobil 805 at qüvvəli hibrid güc aqreqatı ilə təchiz edilmişdir. Hibrid gwc qurğusunun tərkibinə 4,0-litrlik iki turbokompressorlu s'kkiz silindrli mühərrik, arxa oxda yerləşdirilmiş elektromotor və “yüksək tutumlu və yüngül” batareyalar dəsti daxildir.
Sıfırdan 100 km/saat həddinə prototip üç saniyədən az müddətə sürətlənir. Bununla belə, alman istehsalçısı akkumulyatorların xarakteristikaları və elektrik ötürməsi ilə yürüş ehtiyatı barədə heç bir məlumat verməmişdir. Batareyalar rekuperasiya sisteminin və DYM köməyi ilə doldurulurlar. Diffuzor, spoylerlər, tavan, ön qanadlar və kandarlar da daxil olmaqla kuzovun elementlərinin əksər hissəsi karbondan hazırlanmışdır. Bundan başqa, avtomobil karbon-saxsı əyləc mexanizmlərinə və güzgüləri əvəz edən arxa görüntü kameralarına sahib olmuşdur. Prototipin 2018-ci ildə seriyaya gedəcəyi bildirilmişdir.