Mercedes-Benz şirkəti rəsmi olaraq Cenevrə avtosalonunda nümayiş etdiyəcəyi yeni modellər haqqında açıqlama vermişdir. Alman istehsalçısı, ümumilikdə, Cenevrədə otuzdan yuxarı avtomobili təqdim etmək niyyətindədir. Bunların arasında yeni nəsil Mercedes-Benz E-Class Cabriolet modeli və sirrlərlə dolu Mercedes-AMG konseptidir.
Alman istehsalçısının mətbuat xidməti yeni E-Class Cabriolet modelinin Mercedes-Benz E-Class ailəsinin tamamilə yenilənməsini işini uğurla başa çatdıracağını bildirmişdir. Şirkətdən il ərzində E-Class modelinin sedan, universal və kupe kuzovlu modifikasiyalarının, həmçinin yolsuzluq üçün olan All-Terrain universalının təqdim edildiyini də xatırlatmışdırlar.
Yeni Mercedes-Benz E-Class Cabriolet modelinin dizaynı bir müddət bundan öncə debüt etmiş E-Class Coupe modelinin üslubunda hazırlanmışdır. Kabrioletin arxa hissəsinin dizaynı bir qədər fərqli ola bilər ki, bu da açıq kuzovlu avtomobillərin konstruksuyasından qaynaqlanır. Kabrioletin 184 və ya 245 at qüvvəli 2,0-litrlik benzin turbomühərriki, 333 at qüvvəli 3,0-litrlik V6 aqreqatını, həmçinin 194 at qüvvəli 2,0-litrlik və 258 at qüvvəli 3,0-litrlik dizel mühərriklərini əldə edəcəyi istisna edilmir.
Güc aqreqatları 9G-Tronic avtomatik ötürmələr qutusu ilə birgə çalışacaqdırlar. Kabriolet həm arxa çəkişli, həm də tam çəkişli transmissiyaya malik ola bilər. Əlbəttə ki, «bərkgedən» AMG modifikasiyasını da ununtmamaq gərəkdir.
Beləliklə, Mercedes-Benz şirkətinin Cenevrədəki stendində yenilənmiş GLA krossoverini, SL və SLC modellərinin xüsusi variantlarını, dəbdəbəli Mercedes-Maybach G650 Landaulet və GT4 sedanının carçısı olacaq Mercedes-AMG konseptini görmək mümkün olacaqdır.