Mercedes-Benz şirkəti rəsmi olaraq Cenevrə avtosalonunda nümayiş etdiyəcəyi yeni E-Class kabrioletinin yeni tizerini dərc etmişdir. Bundan öncə, alman istehsalçısı Cenevrədə göstərəcəyi modellər haqqında açıqlama vermişdir. Alman istehsalçısı, ümumilikdə, Cenevrədə otuzdan yuxarı avtomobili təqdim etmək niyyətindədir. Bunların arasında yeni nəsil Mercedes-Benz E-Class Cabriolet modeli və sirrlərlə dolu Mercedes-AMG konseptidir.
Alman istehsalçısının mətbuat xidməti yeni E-Class Cabriolet modelinin Mercedes-Benz E-Class ailəsinin tamamilə yenilənməsini işini uğurla başa çatdıracağını bildirmişdir. Şirkətdən il ərzində E-Class modelinin sedan, universal və kupe kuzovlu modifikasiyalarının, həmçinin yolsuzluq üçün olan All-Terrain universalının təqdim edildiyini də xatırlatmışdırlar. Yeni Mercedes-Benz E-Class Cabriolet modelinin dizaynı bir müddət bundan öncə debüt etmiş E-Class Coupe modelinin üslubunda hazırlanmışdır. Kabrioletin arxa hissəsinin dizaynı bir qədər fərqli ola bilər ki, bu da açıq kuzovlu avtomobillərin konstruksuyasından qaynaqlanır. Kabrioletin 184 və ya 245 at qüvvəli 2,0-litrlik benzin turbomühərriki, 333 at qüvvəli 3,0-litrlik V6 aqreqatını, həmçinin 194 at qüvvəli 2,0-litrlik və 258 at qüvvəli 3,0-litrlik dizel mühərriklərini əldə edəcəyi istisna edilmir.
Güc aqreqatları 9G-Tronic avtomatik ötürmələr qutusu ilə birgə çalışacaqdırlar. Kabriolet həm arxa çəkişli, həm də tam çəkişli transmissiyaya malik ola bilər. Əlbəttə ki, «bərkgedən» AMG modifikasiyasını da ununtmamaq gərəkdir. Beləliklə, Mercedes-Benz şirkətinin Cenevrədəki stendində yenilənmiş GLA krossoverini, SL və SLC modellərinin xüsusi variantlarını, dəbdəbəli Mercedes-Maybach G650 Landaulet və GT4 sedanının carçısı olacaq Mercedes-AMG konseptini görmək mümkün olacaqdır.