Bu gün Avropada «İlin avtomobili» müsabiqəsinin qalibi elan edilmişdir. Baş mükafatı 319 xal toplamış Peugeot 3008 krossoveri qazanmışdır. Mükafatlandırma mərasimi Cenevrə avtosalonunun keçirildiyi PalExpo sərgi mərkəzində fransız istehsalçısının nümayəndəsinə təqdim edilmişdir.
Qalan yerlər növbəti şəkildə bölüşdürülmüşdür: ikinci yeri 296 xal toplamış Alfa Romeo Giulia, üçüncü yeri 197 xalla Mercedes-Benz E-Class modeli, dördüncü yeri 172 xalla Volvo S90, beşinci yeri isə 166 xalla Citroen C3 modeli tutmuşdur. Sonuncu iki yerdə Toyota C-HR krossoveri və Nissan Micra hetçbeki qərarlaşmışdırlar. Onlar müvafiq olaraq 165 və 135 xal toplaya bilmişdirlər. Qalibləri 22 Avropa ölkəsindən olan 58 avtomobil jurnalistindən ibarət münsiflər heyəti seçmişdir. Xatırladaq ki, keçən il bu müsabiqənin qalibi Opel Astra elan edilmişdir. 2015-ci ildə Volkswagen Passat «İlin avtomobili» titulunu əldə etmişdi.