Cenevrə avtosalonunda Pirelli şirkəti özünün iki yeni çalışmasını təqdim etmişdir. Bunlardan biri şinlərin «bulud» məlumatların saxlanılması sisteminə qoşulmasıdır. Bu sistemin köməkliyi ilə avtomobil sahibləri şinlərin vəziyyəti barədə məlumatı smartfonlarında oxuya biləcəkdirlər.
Bu texnologiya Pirelli Connesso adlanır ki, yeni sistem PZero və Winter Sottozero xəttindən olan şinlərdə quraşdırılacaqdır.
Şinlərə quraşdırılmış verici onların təzyiqini və temperaturunu, şaquli statik yüklənməsini, həmçinin qət edilmiş kilometrajı və yeyilmə səviyyəsini müəyyən edəcəkdir. Bütün bu məlumatı verici Pirelli Cloud «anbarına» göndərir. Sonradan məlumat emal edilərək xüsusi əlavə vasitəsi ilə avtomobil sahibinin smartfonuna yüklənir. İstehsalçının fikrincə bu funksiya həm sportkar, həm də adi avtomobillərin sahiblərinə lazımlı olacaqdır.
Eyni zamanda, yeni sistem mexaniklərə şinlərlə baş vermiş problemi uzaq məsafədən görməyə və vaxtında təmir üçün yollanmağa yardım edəcəkdir.
Həmçinin quraşdırılmış vericilər sayəsində şinlərin xidmət müddətini müəyyənləşdirmək və güclü yeyilmə halında Pirelli mobil əlavəsi vasitəsi ilə yaxın dükanı aşkar edib öncədən yeni şinlər sifariş etmək mümkün olacaqdır. Connosseo sistemi bu ilin yayından başlayaraq ABŞ-da işləməyə başlayacaqdır.
Sonradan sistem Avropada da təklif ediləcəkdir. Pirellinin digər yeniliyi isə, Formula 1 şinləri üslubunda tərtib edilmiş «rəngli» şinlər olmuşdur. Pirelli şinlərin yan hissəsinə rəngli zolaqlar və firmanın loqotipinin çəkilməsini təklif edir. Sərgidə ağ, sarı,qırmızı və mavi rəngli zolaqları olan şinlər nümayiş etdirilmişdir.
Bununla belə, bu zolaqlar istənilən rəgdə ola bilərlər.
Bu zolaqların uzun müddət qalmasını və silinməməsini təmin etmək üçün stehsalçı Formula 1 çempionatında istifadı edilən texnologiyalardan istifadə etmişdir. Cenevrədə bir neçə avtomobil belə şinlərlə təchiz edilmişdir ki, onların da sırasında McLaren 720S, Pagani Huayra Roadster, Italdesign V10, Techrules Ren və Lamborghini Huracan Performante avtomobilləri vardı. İlkin olaraq, belə şinlər 19-düymlük diametrdə təklif ediləcəkdirlər.
Bunlar P Zero və Winter Sottozero xəttindən olan təkərlər olacaqdırlar.