Land Rover şirkəti Range Rover Velar adını almış yeni ofroderin ilk fotoşəklini dərc etmişdir. Yeni Velar modelinin rəsmi təqdimat mərasimi mart ayının 1-də keçiriləcəkdir. Avtomobilin geniş ziyarətçi kütləsi qarşısında çıxışı isə mart ayının əvvəlində işinə başlayacaq Cenevrə avtosalonunda baş tutacaqdır.

Yeni ofroder britaniyalı istehsalçının model cərgəsində Range Rover Evoque və Range Rover Sport modellərinin arasında yer tutacaqdır. Bununla belə, istehsalçı avtomobilin texniki xüsusiyyətləri barədə heç bir məlumat verməmişdir. Land Rover nümayəndələri ofroderin Range Rover ofroderinin  ilk nəslinin prototiplərinin şərəfinə adlandırıldığını qeyd etmişdirlər. Land Rover şirkətinin 2017-ci ildən başlayaraq Range Rover ailəsini genişləndirmək planlarının olduğu keçən ilin yayında səsləndirilmişdi. Elə  həmin zaman da, yeni ofroderin BMW X6 və Mercedes-Benz GLE Coupe modelləri ilə rəqabət aparacağı bildirilmişdir. Range Rover Velar modelinin Jaguar F-Pace modelinin platformasında yaradıldığı ehtimal edilir.

Ofroderin mühərrik çeşidinə Ingenium ailəsindən olan dörd silindrli turbomühərriklər, həmçinin altı silindrli benzin və gizel güc aqreqatları daxil ediləcəkdir. 

Image alt Image alt Image alt