Renault şirkəti Cenevrə avtosalonunda Zoe elektromobilinin bazasında yaradılmış konseptual «qaynar» hetçbeki nümayiş etdirmişdir. Renault Zoe e-prototip adını almış hetçbek oxlarda yerləşdirilmiş iki elektromotorla təchiz edilmişdir.
Elentrik mühərriklərinin ümumi gücü 465 at qüvvəsi, fırlanma anı isə 640 Nm təşkil edir. 1400 kiloqram çəkisi olan elektromobil 100 km/saat sürətinə 3,2 saniyəyə sürətlənir. «Qaynar» hetçbek 450 kiloqram çəkisi və 40 kilovat-saat tutumu olan batareyalar dəsti ilə təchiz edilmişdir.
Renault Zoe e-prototip modelinin karbondan hazırlanmış kuzovu Formula-E dams komandasının rənglərinə uyğun boyanmışdır. Prototip adı hetçbekdən aqressiv aerodinamik kuzov dəsti, genişləndirilmiş təkər izi, kiçildilmiş klirens və 245/35 şinləri olan 20-düymlük təkər diskləri ilə də fərqlənir.
Konseptual avtomobil həmçinin tənzimlənən Ohlins amortizatorları, düzbucaqlı forması olan sükan çarxını, Recaro oturacaqlarını, rəqəmsal cihazlar panelini mə mərkəzi konsolda olan üç tənzimləyicini əldə etmişdir.
Sonuncuların köməyi ilə transmissiyanın iş alqoritminə dəyişiklik etmək v elektronikanın dörd idarəetmə rejimindən birini seçmək, həmçinin əyləclərn balansını dəyişmək olar. Avtomobilin kuzovuna kevlardan hazırlanmış müdafiə karkası da quraşdırılmışdır. Bu konstruksiya Beynəlxalq avtomobil federasiyasının (FİA) standartlarına tam cavab verir.
Bununla belə, avtomobilin gələcək taleyi haqqında məlumat verilməmişdir.