Rolls-Royce şirkəti Cenevrə avtosalonuna Elegance indeksinə sahib olmuş unikal Ghost sedanını gətirəcəkdir. Britaniya markasının müştərisinin sifarişi ilə yeganə nüsxədə hazırlanmış avtomobilin kuzovu almazlı boya ilə örtülmüşdür.
Dəbdəbəli avtomobil istehsalçısının mütəxəssisləri boyaya minlərlə qiymətli daşı əlavə etmişdirlər. Bu layihə Bespoke fərdiləşdirmə proqramı çərçivəsində hazırlanmışdır. Şirkət mütəxəssisləri almazları mikroskop vasitəsi ilə almazların işıq buraxmaq və əks etdirmək qabiliyyətini təhlil etmiş, eyni zamanda, boyanın kuzovun səthinə bərabər yayılması üçün boya ilə qiymətli daşların hissələrini birləşdirmək üzərində işləmişdirlər. Əsas tələb əl ilə toxunuşda daşların hiss edilməməsi olmuşdur. Almaz tozu ilə birləşdirilmiş boyanın hazırlanması iki ay vaxt tələb etmişdir. Boyanın vurulmasından sonra kuzov əlavə dörd lak qatı ilə örtülmüşdür. Lak qatının əsas vəzifəsi cilalama zamanı daşları mexaniki təsirdən qorumaq olmuşdur.
Dəbdəbəli sedanın digər xüsusiyyətindən biri də dələ tükündən hazırlanmış kist vasitəsi ilə çəkilmiş kuzovun dekorativ xəttləridir. Bundan başqa, 21-düymlük təkər disklərinin mərkəzi hissəsinə əl ilə qırmızı haşiyə çəkilmişdir. Rolls-Royce Ghost Elegance sedanının interyerinin tərtibatında üç rəngdə dəridən, palıd şponundan, qoyun yunundan ayaqaltılardan və dekorativ tikişlərdən istifadə edilmişdir. Bununla belə, qapı üzləri və oturacaqların arxa hissəsi avtomobilin sahibinin sevdiyi boz, qara və qırmızı damaları olan tartandan hazırlanmışdır. Unikal avtomobilin qiyməti açıqlanmamışdır.