Spyker şirkəti Cenevrə avtosalonunda C8 Preliator modelini nümayiş etdirmişdir. Bu model Koenigsegg şirkəti tərəfindən hazırlanmış mühərriklə təchiz edilən ilk Spyker avtomobili olmuşdur. Sonradan isveç mühərriki eyni adlı kupeyə də quraşdırılacaqdır.
Xatırladaq ki, əvvəllər Spyker C8 Preliator modeli Audi şirkətinin istehsalı olan mühərriklə təchiz edilirdi. Beləliklə, «quru» karterə malik olan səkkiz silindrli mühərrik 600 at qüvvəsi və 600 Nm fırlanma anı təklif edir. Güc aqreqatı altı pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır. Spyker C8 Preliator Spyder modeli 100 km/saat həddinə 3,6 saniyəyə sürətlənir. Onun maksimal sürəti isə 322 km/saat təşkil edir.
Çəkiyə qənaət etmək məqsədilə yeni spayderin kuzov elementlərinin əksər hissəsi alüminiumdan hazırlanır. Rodster öndə və arxada bir borulu amortizatorları olan iki köndələn qollu asma ilə təchiz edilir. C8 Preliator Spyder modelinin asma sisteminin hazırlanmasına Lotus Cars şirkəti cavabdeh olmuşdur.
Yeni rodsterin təchizatına 19-düymlük təkər diskləri, AP Racing əyləc mexanizmləri, jestlərlə idarəetmə sistemi və dörd dinamikli 300 vatt gücündə olan audiosistem daxildir. Əlavə ödənişlə 1000 vattlıq sistemi də sifariş etmək olar. Spyker şirkəti cəmi 100 ədəd rodster buraxmaq niyyətindədir. Avropada avtomobilin satış qiyməti 403500 avro edəcəckdir.