SsangYong şirkəti yeddi yerlik krossoverin prototipi olan XAVL adını almış konseptin ilk görütnülərini təqdim etmişdir. Cənubi Koreya istehsalçısı konsepti mart ayında işinə başlayacaq 87-ci belnəlxalq Cenevrə avtosalonunda təqdim edəcəkdir.
Yeni prototip, iki il bundan öncə Frankfurtda təqdim edilən və beş sərnişin üçün nəzərdə tutulmuş XAV konseptinin yeni variantıdır. Avtomobil, 1996-cı ildən 2006-cı ilə qədər istehsal edilmiş ikinci nəsil Korando modelini xatırladan cizgilərə malikdir. Təsdiq edilməmiş məlumatlara görə, prototipin qabarit uzunluğu 4,6 metrə, təkərlərarası bazasının uzunluğu isə 2,7 metrə bərabər olacaqdır. Beləliklə, prototip ölçülərinə görə Şkoda Kodiaq və Nissan X-Trail modellərinə yaxın olmalıdır. Modelin texniki xüsusiyyətləri haqqında ətraflı məlumat verilməsə də, onun benzin və dizel mühərrikləri ilə təchiz ediləcəyi bildirilmişdir. Bundan əlavə, konseptin seriya variantının müasir təhlükəsizlik sistemi kompleksini, rəqəmsal cihazlar panelini və digər nəqliyyat vasitələri ilə ünsiyyət qurmaq imkanını əldə edəcəyi söylənilir. XAVL protoipinin seriya variantının 2020-ci ildə işıq üzü görəcəyi ehtimal edilir. Modelin seriyaya gedəcəyi barədə qərar keçən ilin sonunda istehsalçının rəhbərliyi tərəfindən qəbul edilmişdir.