Lamborghini Diablo və Countach modellərinin dizayneri olmuş Marçello Qandini Hindistanın Tata şirkəti üçün Racemo ortamühərrikli konseptual sportkarını hazırlamışdır. Yeni sportkar Tamo subbrendi altında buraxılacaqdır. Konseptin debütü Cenevrə avtosalonunda baş tutmuşdur.
Tamo Racemo modelinin qabarit uzunluğu 3835 millimetr, eni - 1810 millimetr, hündürlüyü isə 1208 millimetr təşkil edir. Avtomobilin təkər bazası 2430 millimetrə bərabərdir. Sportkar iki kondələn qolları olan asma ilə təchiz edilmişdir. Racemo sportkarı 190 at qüvvəsi və 210 Nm fırlanma anı olan 1,2-litrlik üç silindrli turbomühərriklə hərəkətə gəlir. Güc aqreqaı altı pilləli robotlaşdırılmış ötürmələr qutusu ilə birgə çalışır. 100 km/saat həddinə sportkar 6 saniyəyə sürətlənir.
Sportkarın ən maraqlı elementlərindən biri üç hissəli cihazlar panelidir ki, bu panel də Microsoft şirkəti ilə əməkdaşlıqda hazırlanmışdır. Bundan başqa, sportkar yarış avtomobillərinin sükanını xatırladan sükan çarxı ilə təchiz edilmişdir. Onun üzərində dönmə işıqlarının, mühərriki işəsalma, həmçinin uzaq işığın və klaksonun düymələri yerləşdirilmişdir. Avtomobilin seriya variantının nə zaman buraxılacağı elan edilməmişdir. Əvvəllər ildə 250 avtomobili buraxılacağı bildirilmişdir.