Cenevrə avtosalonun başlanmasına artıq sayılı günlər qalır. Almaniyada yerləşən məşhur TechArt atelyesi bu avtosalona əsaslı şəkildə hazırlaşmışdır. Almanlar Cenevrədə Porsche 718 Cayman və 718 Boxster modellərinin təkmilləşdirilmiş variantlarını nümayiş etdirmək arzusundadırlar.
Tünerlər, ilk növbədə, modellərin 2,5-litrlik turbomühərriki üzərində çalışmışdırlar. Alman mütəxəssislərinin müdaxiləsindən sonra mühərrikin gücü 400 at qüvvəsinə, fırlanma anı isə 480 Nm-ə qədər artırılmışdır. Bu standart modeldə olduğundan 50 at qüvvəsi və 60 Nm çoxdur. Yeni güc xarakteristikaları sayəsində hər iki model 100 km/saat həddinə 3,9 saniyəyə, 200 km/saat həddinə isə 14,2 saniyəyə sürətlənirlər. Onların maksimal sürəti 296 km/saat təşkil edir.Bundan başqa, atelye mütəxəssisləri hər iki model üçün xüsusi səsboğusu sistem hazıramışdırlar ki, bu sistemin də çıxış borularının ucları karbondan hazırlanmış başlıqları təchiz edilirlər.
Atelyedən bildirildiyinə görə, yeni səsboğucu sistem «daha dərin səsləndirmə» təklif edir. Eyni zamanda, TechArt tərəfindən hazırlanan avtomobillər ənənəvi olaraq daha aqressiv aerodinamik dəsti və interyerin eksklyuziv tərtibatı ilə seçilirlər. Arzulayanlar 718 Cayman və 718 Boxster modelləri üçün müxtəlif rəngə boyana bilən 21-düymlük unikal Formula IV təkər disklərini və klirensi 30 millimter azaldan asmanı da sifariş edə bilərlər. Alman tüner təkmilləşdirmələr proqramının qiyməti barədə məlumat verməmişdir. Çox güman ki, bu rəqəmi yalnız sifariş zamanı öyrənmək mümkündür.