Toyota şirkəti mart ayının əvvəllərində işinə başlayacaq Cenevrə avtosalonunda yeni i-TRIL konseptini nümayiş etdirmək niyyətindədir. Yapon istehsalçısı tizeri dərc edilmiş konsepti ənənəvi hetçbek və motosikllərə alternativ nəqliyyat vasitəsi kimi xarakterizə edir.
Yeni konseptin üç yerli yığcam avtomobil olacağı məlumdur. Avtomobil sürücü üçün bir və onun arxasında iki sərnişin oturacağı təklif edir. Prototip dörd il bundan öncə i-Road üçtəkərli prototipində debüt etmiş Active Lean sistemini əldə edəcəkdir. Bu texnologiya avtomobilə döngələrdə motosikl kimi əyilməyə imkan verir. Bununla belə, sükan çarxının dönmə bucağı, avtomobilin sürətindən və giroskopun göstəricilərindən asılı olaraq, avtomobilin aşmamasını təmin etmək üçün, gərək olan əliymə bucağını hesablayır.
Toyota şirkətindən i-TRIL avtomobilinin yavaş şəhər hərəkət axınında idarəetmədən həzz almaq istəyən, lakin adi avtomobil və ya motosiklə ehtiyac duymayan insanlara ünvanlandığı bildirilmişdir. Belə bir avtomobilin seriya şəklində istehsalı barədə heç bir məlumat verilməmişdir. Bununla belə, Toyota i-Road modelinin konveyerə getməməsinə baxmayaraq Tokyo mərkəzinin sakinləri 2015-ci ilin aprelindən belə avtomobilləri qısa məsafələr üçün kirayəyə götürə bilərlər.