Toyota şirkəti elan etdiyi kimi, Cenevrə avtosalonunda i-TRIL konseptini təqdim etmişdir. Bu konseprt yapon avtomobil istehsalçısının gələcəyə baxışını nümayış etdirir. Fransanın ED2 dizayn mərkəzi ilə birlikdə hazırlanmış prototip ənənəvi idarəetmə orqanlarından məhrumdur.
Toyota i-TRIL 1+2 formulu ilə hazırlanmış salona malikdir. Göründüyü kimi, avtomobil bir sürücü və onun arxasında yerləşən iki sərnişin oturacağına malikdir.
Oturacaqlar salona daxilolma və çıxma prosesini asanlaşdırmaq üçün 90 dərəcə çevrilirlər. Prototipin qabarit uzunluğu 2830 millimetr, hündürlüyü isə 1460 millimetrdir. Onun çəkisi 600 kiloqramdır. AVtomobil dolu batareyalarla 300 kilometr qət etmək iqtidarındadır. Prototipin multimedia sistemi yalnız səs komandası ilə idarə edilir.
Bundan başqa, avtomobilin idarə edilməsi üçün iki ədəd coystik nəzərdə tutulmuşdur ki, onlar da komandaları mexaniki birləşmə olmadan naqillər vasitəsi ilə ötürürlər.
Prototip dörd il bundan öncə i-Road üçtəkərli prototipində debüt etmiş Active Lean sistemini əldə etmişdir.
Bu texnologiya avtomobilə döngələrdə motosikl kimi əyilməyə imkan verir. Bununla belə, sükan çarxının dönmə bucağı, avtomobilin sürətindən və giroskopun göstəricilərindən asılı olaraq, avtomobilin aşmamasını təmin etmək üçün, gərək olan əliymə bucağını hesablayır. Toyota şirkətindən i-TRIL avtomobilinin yavaş şəhər hərəkət axınında idarəetmədən həzz almaq istəyən, lakin adi avtomobil və ya motosiklə ehtiyac duymayan insanlara ünvanlandığı bildirilmişdir. Belə bir avtomobilin seriya şəklində istehsalı barədə heç bir məlumat verilməmişdir.
Bununla belə, Toyota i-Road modelinin konveyerə getməməsinə baxmayaraq Tokyo mərkəzinin sakinləri 2015-ci ilin aprelindən belə avtomobilləri qısa məsafələr üçün kirayəyə götürə bilərlər.