Sinqapurdan olan Vanda Electrics şirkəti Cenevrədə Dendrobium adlı hiperkarı təqdim etmişdir. Williams F1 komandasının da daxil olduğu Williams Group qrupunun tərkib hissəsi olan Williams Advanced Engineering firması ilə birlikdə hazırlanan avtomobil “formula” texnologiyalarını əldə etmişdir.
İstehsalçı avtomobili Sinqapurun tarixində olan ilk hiperkar adlandırır. Vanda Electric şirkətinin nümayəndələri konseptə olan diqqət əsasında gələcək planlarını quracaqlarını bildirmişdirlər. Avtomobil Şotlandiyadan olan Bridge of Weir Leather şirkətinin məhsulu olan dəri və karbonla tərtib edilmiş iki nəfərlik salona malik olacaqdır. Hiperkarın kompozit materiallardan istifadə edilərək hazırlanan konstruksiyasına, aerodinamikasına və elektrik güc aqreqatına görə Williams Advanced Engineering firması cavabdehlik daşıyır. Əvvəllər Vanda Electrics hiperkarın renderlərini dərc etsə də, sonuncu tizer konseptin tamamilə başqa görünüşə malik olacağından xəbər verir. Yaradıcılar prototipin seriyaya getməsi halında hər oxda iki elektromotorla təchiz ediləcəkdir. Ön oxda bir pilləli ötürmələr qutusu, arxa oxda isə çoxpilləli qutu olacaqdır.
Ehtimallara görə, hiperkarın mühərriklərinin ümumi gücü 1500 at qüvvəsi, batareyalar dəstinin tutumu isə 100 kilovat-saatlıq olmalıdır.
Avtomobilin 60 mil/saat (96 km/saat) həddini 2,6 saniyəyə toplayacağı ehtimal edilir. Onun maksimal sürətinin 320 km/saat, yürüş ehtiyatının isə 400 kilometr olacağı bildirilmişdir. Konseptin maraqlı elementlərindən biri geri və yuxarı açılan avtomatik qapılar və qalxan tavandər. Açılma prosesi sinxron şəkildə həyata keçirilir. Bundan başqa, prototip arxa görüntü kameralarına, karbondan hazırlanmış sükana və idman oturacaqlarına malikdir.
Seriyaya getməsi halında, Vanda Electrics superkarın istehsalına 2020-ci ildə başlaya bilər.