Cenevrə avtosalonun başlamasına az qalmış bir müddətdə Volkswagen şirkəti kupe şəkilli sedanı CC modelinin xələfi olan Arteon modelinin ilk rəsmi fotoşəkillərini dərc etmişdir. Xatırladaq ki, Volkswagen şirkətindən əvvəllər verilmiş məlumatda yeni modelin təqdimatının mart ayında keçiriləcək Cenevrə avtoslonunda keçiriləcəyi də bildirilmişdir.
Yeni avtomobilin xarici görkəmi, keçən il Cenevrədə nümayiş etdirilmiş Sport Coupe Concept GTE konseptinin dizayn üslubunda hazırlanmışdır. Ekspertlərin fikrincə Arteon modeli MQB modul platformasında istehsal ediləcəkdir. Alman şirkətinin nümayəndələrinin sözlərinə görə, Artyeon ekspressiv dizayna, haşiyəsiz qapı çüçələrinə, iri radiator barmaqlığına və 3D-effektli işıq texnikasına malik olacaqdır. Ehtimallara görə, Volkswagen Arteon modelinin qabarit uzunluğu 4870 millimetr təşkil edəcədkri ki, bu da CC modelində olduğundan 70 millimetr çoxdur. Bildiyimiz kimi, keçən il Cenevrədə göstərilən prototip 380 at qüvvəsi gücü olan hibrid güc aqreqatı ilə təchiz edilmişdir ki, bu aqreqatın tərkibinə 3,0-litrlik turbomçühərrik daxil olmuşdur. Çox güman ki, Arteon modelinin seriya variantı da dörd silindrli benzin və dizel turbomühərrikləri ilə yanaşı hibrid güc aqreqatı ilə təklif ediləcəkdir. Bundan başqa, yeni modelin baqaj bölümünün maksimal həcminin 1700 litr olacağı da söylənilir.