Volkswagen şirkəti, ilk Transpoter modelinin yaradılmasının 70 illik yubileyinə həsr etdiyi xüsusi 70 Years of the Billi modelini təqdim etmişdir. Volkswagen Commercial Vehicles bölməsi tərəfindən hazırlanmış avtomobilin kütləvi təqdimat mərasimi Cenevrə avtosalonunda keçirilmişdir.
Xüsusi modifikasiya Multivan Comfortline modelinin bazasında yaradılmış, həmçinin Multivan Highline və California modellərinin müəyyən elementlərini özündə cəmləmişdir. Almanlar miniveni «klassik retro üslubun müasir texnologiyaların və kefiyyətin heyranedici vəhdəti» kimi səciyyələndirirlər.
Volkswagen Multivan 70 Years of the Billi modelinin eksteryeri sarı-ağ rəngə boyanmış, xrom elementlərə və təkər disklərinə malikdir. İstehsalçı tərəfindən 17-düymlük Davenport təkər diskləri ilə birlikdə 18-düymlük klassik dizayna malik olan disklərdən də yararlanmaq təklif edilir.
Avtomobilin salonu tünd agacdan tərtibatı xatırladan üzlüyə və döşəməyə, tündləşdirilmiş şüşələrə və paslanmayan poladdan haşiyələrə sahib olmuşdur. Furqonun standart təchizatına dəri ilə örtülmüş multifunksional sükan çarxı, sensorlu displey, qara parlaq haşiyələri olan cihazlar paneli, elektriklə tənzimlənən və qızdırılan arxa görüntü güzgüləri və parktronik daxil edilmişdir. Yubiley Volkswagen Multivan 70 Years of the Billi modelini may ayından başlayaraq sifariş etmək olar.