Volvo şirkəti qarşıdan gələn yeni nəsil XC60 krossoverinin təqdimat mərasiminə olan marağı artırmaq üçün bir neçə yeni tizer dərc etməyə üstünlük vermişdir. Yeni nəsil Volvo CX60 krossoverinin kütləvi təqdimantı, bir neçə gündən sonra işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir.
İlkin olraq, Volvo şirkəti avtomobilin ön hissəsinin təsviri olan tizeri dərc etmişdir. Sonradan istehsalçı avtomobilin profili və ön fənəri təsvir edilmiş daha iki tizeri dərc etmişdir.
Bu təsvirlərdən də göründüyü kimi, yeni nəsil Volvo XC60 krossoveri özünə məxsus arxa fənərləri və «Torun çəkici» formalı ön işıq texnikasını əldə etmişdir. Ümumilikdə, yeni krossover daha müasir görkəmə malikdir və çox güman ki, «böyük qardaş» olan Volvo XC90 modelinin dizayn üslubunda görkəmə sahib olacaqdır. Qeyd etmək lazımdır ki, ön fənərlərin forması XC90 modelində gördüyümüzdən bir qədər fərqlənir. Söylənilənlərə görə, yeni nəsil Volvo XC60 krossoveri sələfinə nisbətən daha geniş təkər bazasına malik olacaqdır. Bu genişlənmə avtomobilin iç məkanını və baqaj bölümünün həcmini artırmaq imkanı verəcəkdir. Yeni krossover SPA modul platformasında yığılacaqdır.
Yeni nəsil Volvo XC60 modelinin mühərrik çeşidinə hazırda isveç istehsalçısının arsenalında olan 2,0-litrlik turbomühərriklər daxil ediləcəkdir. Hibrid modifikasiyasının da istehsal ediləcəyi istisna olunmur.