Şkoda şirkəti yenilənmiş Rapid ailəsini təqdim etmişdir. Liftbek və hetçbek kuzovları ilə təklif edilən model zahiri cəhətdən cüzi dəyişikliklərə məruz qalmış və yeni opsiyalara sahib olmuşdur. Bunlara misal olaraq, biksenon fənərləri və üç silindrli mühərrikləri göstərmək olar.

Yenilənmiş Rapidi cüzi dəyişdirilmiş ön fənərlərə və aerodinamik dəstə, həmçinin başqa arxa fənərlərə görə tanımaq mümkündür. Bundan başqa, əlavə ödənişlə işıqdiodlarından hazırlanmış arxa fənərləri də sifariş etmək olar. Ön fənərlərdə qeyri-adi forması olan işıqdiodlarından hazırlanmış gündüz hərəkət işıqları peyda olmuş, opsional biksenon fənərlərlə birlikdə isə uzaq işığı avtomalik idarə edilməsi sistemi də təklif ediləcəkdir. Eyni zamanda, hetçbekin arxa şüşəsinin ölçüləri bir qədər artmışdırlar.

Rapid modelinin salonunda yeni qapı panellərini, havalandırma sisteminin deflektorlarını, multimedia sisteminin displeyini və klimatik qurğunun idarəetmə blokunu müşahidə etmək olar.

Əlavə ödənişlə WLAN giriş nöqtəsini və arxa sərnişinlər üçün iki əlavə USB-portunu sifariş etmək mümkündür. Şkoda Rapid modelinin mühərrik çeşidinə 95 və 110 at qüvvəli 1,0-litrlik üç silindrli, 125 at qüvvəli 1,4-litrlik benzin mühərrikləri, həmçinin 90 at qüvvəli 1,4-litrlik və 116 at qüvvəli 1,6-litrlik dizel aqreqatları daxil edilmişdir.

Yenilənmiş Şkoda Rapid modellərinin kütləvi təqdimat mərasimi iki həftədən sonra qapılarını ziyarətçilərə açacaq Cenevrə avtosalonunda keçiriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt