Hyundai şirkəti Cenevrə avtosalonunda ənənəvi ön işıq texnikasından məhrum olmuş Le Fil Touge (fransızcadan “qırmızı sap” tərcümə olunur) prototipi vasitəsi ilə yeni dizayn istiqamətini nümayiş etdirib. Prototip ön fənərlərin əvəzinə böyük işıq panelinə sahib olub.
Hyundai şirkətinin dizayn mərkəzinin başçısı Lyuk Donkervolke, Le Fil Rouge konseptinin hazırlanması zamanı koreya markasının dizaynerlərinin Italdesign atelyesi tərəfindən 1974-cü ildə yaradılmış konsept avtomobilindən ilham aldıqlarını bildirib.
Hyundai Le Fil Rouge konseptinin salonunda dörd fərdi oturacaq quraşdırılıb. Bu kresloların tərtibatında əsl ağacdan istifadə edilibdir. Bundan başqa, protoip bir neçə ekrana sahib olubdur ki, onlardan biri cihazlar panelini əvəz edib. Displeylərdən ikisi oturacaqların kürək hissəsində, qalanları isə qapılarda quraşdırılıb.
Bununla belə, istehsalçı konsept barədə heç bir texniki məlumat verməyib.Hyundai şirkəti Cenevrədə yeni nəsil Santa Fe krossoverini və Kona Electric modelini də nümayiş etdirib.