Dünən işinə başlamış Cenevrə avtosalonunda Land Rover şirkəti Range Rover ofroderinin üçqapılı modifikasiyasını nümayiş etdirib. Range Rover SV Coupe adlanan ofroderdən cəmi 999 ədəd istehsal ediləcəkdir. Onların hər birinin qiyməti 240 min funt-sterlinq təşkil edəcəkdir. Əlbəttə ki, vətənində.
Üçqapılı ofroder 565 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 5,0-litrlik ötürməli kompressoru olan V8 benzin mühərriki ilə hərəkətə gəlir. Səkkiz pilləli ZF avtomatik ötürmələr qutusu ilə tandemdə çalışan güc aqreqatı ofroderi 100 km/saat həddinə 5,3 saniyəyə sürətləndirir. Yeni model beşqapılı modellə yalnız ümumi kapota və baqaj qapağını alt hissəsinə malikdir. Qalan kuzov panellərinin əksəriyyəti alüminiumdan hazırlanıbdır. Bundan başqa, ofroderin bamperləri və radiator barmaqlığı da dəyişibdir.
Range Rover SV Coupe səkkiz millimetr (212 millimetr) azaldılmış klirensə malikdir.
100 km/saat həddində pnevmatik asqı ilə təchiz edilən ofroder 15 millimetr “aşağı oturur”. Ofroderin maksimal klirensi 367 millimetrdir. Avtomobilin təchizatına ön və arxa oturacaqların elektrik tənzimlənməsi, uzaq işıqlarının lazer işıqdiodları olan işıqdiodlarından fənərlər, arxa differensialın qapanmasına malik olan daimi tam çəkiş sistemi, 23-düymlük təkər diskləri və idarəetmə elektronikasının rejimlərinin dəyişdirilməsi sistemi daxil edilib.
Range Rover SV Coupe modelinin satışlarına bu ilin dördüncü rübündə start veriləcəkdir.